“İrana qarşı tarixdə görünməmiş sanksiyalar tətbiq edəcəyik”
Icma.az bildirir, Yeniavaz saytına əsaslanaraq.
ABŞ atəşkəs danışıqlarının dayandırılması, qlobal neft tədarükünün azalması və regional gərginliyin artması fonunda İrana qarşı dəniz blokadasını qeyri-müəyyən müddətə qüvvədə saxlaya biləcəyini elan edib.
Yeniavaz.com xəbər verir ki, qərarı müdafiə naziri Pit Heqset jurnalistlərlə söhbəti zamanı açıqlayıb.
“ABŞ ordusunun İranın blokadasını davam etdirmək, həmçinin regionda dəniz qüvvələrinin mövcudluğunu saxlamaq üçün kifayət qədər gücü var. ABŞ Hərbi Dəniz Qüvvələri belə bir blokadanı qeyri-müəyyən müddətə saxlaya bilər”, - Heqset deyib.
ABŞ-nin maliyyə naziri Skott Besant isə bildirib ki, ABŞ İrana qarşı yeni maliyyə zərbəsi endirməyi planlaşdırır:
“Bizi izləməyə davam edin. Gələn həftə yeni sanksiyalar elan ediləcək. Biz heç bir ölkənin tarixində əvvəllər görünməmiş sanksiyalar tətbiq edəcəyik”.
Baxış sayı:105
Bu xəbər 14 Avqust 2026 09:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















