Icma.az
close
up
RU
“İrana təkbaşına yeni hücum İsrailin fəlakəti olar”

“İrana təkbaşına yeni hücum İsrailin fəlakəti olar”

Adelet.az saytına istinadən Icma.az xəbər verir.

“Oktyabrın 27-də İsrail Knessetinə, noyabrın 3-də isə ABŞ Konqresinə keçiriləcək seçkilər İrana qarşı hərbi əməliyyatlara müəlliflik edən Netanyahu-Tramp ittifaqının da siyasi taleyini birdəfəlik müəyyənləşdirəcək proseslərdir. Tramp-Netanyahu ittifaqının 28 fevralda başladığı əməliyyat hər iki liderin seçkiqabağı böyük uğur hekayələri olmalı idi, ancaq əksi baş verdi”. 

Adalet.az xəbər verir ki, bunu politoloq Elxan Şükürlü deyib. 

O, bildirib ki, həm ABŞ, həm də İsraildə keçirilən ən son sorğular göstərir ki, İran əməliyyatındakı uğursuzluq - əvvəlcədən elan edilən məqsədlərin hər hansı birinə nail olunmaması - ABŞ və İsrail ictimai rəyini kəskin dəyişib: 

“Önümüzdəki 1 ay ərzində fövqəladə hadisələr baş verməsə, Trampı müdafiə edən respublikaçılar ABŞ Konqresindəki, Netanyahunun rəhbərlik etdiyi “Likud” isə Knessetdəki üstünlüyünü itirəcək.Konqresdə - həm Senat, həm də Nümayəndələr Palatasında üstünlüyün itirlməsi seçkiqabağı vədlərinin heç birini yerinə yetirə bilməyən və bu səbəbəbən ABŞ ictimai rəyində mövqeləri sürətlə geriləyən Trampın hətta qarşıdakı 2 illik prezidentlik müddətini belə tamamlamasında ciddi əngələ çevrilə bilər – onu impiçment təhlükəsi gözləyir, buna kifayət qədər də əsaslar var. Eyni qaydada, Netanyahunun yenidən baş nazir seçilə bilməməsi onun barəsindəki cinayət işinin yeni epizodlarla təzələnməsi və həbslə yekunlaşmasıyla bitə bilər. İsraildə bu fikir hakimdir ki, mənimsəmədə və səlahiyyətlərindən sui-istifadədə ittiham olunan Netanyahunun HƏMAS-ın 7 oktyabr hücumundan da öncədən xəbəri olub, sadəcə, bu ittihamlardan yayınmaq və öz siyasi karyerası naminə dinc insanların qurban edilməsinə bilərəkdən göz yumub.Hazırda İran hakimiyyəti də bütün addımlarını ABŞ və İsrailin daxilindəki bu kəskin qütbləşməyə, siyasi gərginliyə hesablayıb”. 

E.Şahinoğlunun sözlərinə görə, Qərbin 47 illik əzici sanksiyalarına dözən İranda çox yaxşı anlayırlar ki, daha 40-47 günlük dözüm və dirəniş təkcə ABŞ və İsraildəki siyasi qüvvələrin mövcud balansını dağıtmaqla yetməyəcək, həm də elə ABŞ və İsrail arasında kəskin maraq toqquşmasına gətirib çıxaracaq:

“Artıq Trampın İran məsələsinə baxışda Netahyahudan fərqli mövqe tutduğu, İranın ABŞ üçün çıxılmaz bir bataqlıq olduğunu dərk etdiyi və uğur qazana biləcəyi yeganə meydanın Ukrayna olduğunu, bu səbəbdən əsas diqqətini də qarşıdakı 1 ayda Ukrayna mövzüsuna – onu xilas etmək şansını hələ saxlayan Putinlə anlaşmaya ayıracağı aydınca görünür. Netanyahuya isə tarana getməkdən başqa yol qalmayıb. İrana təkbaşına yeni hücum İsrailin fəlakəti olar. Odur ki, Suriyada, Livanda, İraqda və Yəməndə İranın dəstəklədiyi qüvvələrə ardıcıl zərbə endirməyə, belə demək mümkünsə, “müqavimət oxu”nu sındırmağa, paralel şəkildə, İsrailin güclü olduğu coğrafilyalarda təxribatçı siyasi əməliyyatlarla uğur qazanmağa çalışır”.

Politoloq hesab edir ki, bu baxımdan, önümüzdəki 40-47 günlük dönəm təkcə İran üçün deyil, İranla həmsərhəd bütün ölkələr, o cümlədən Azərbaycan üçün də çox kritik dönəm sayılır və xüsusən də İsrailin hər an bizi böyük bir təxribata çəkə biləcəyi, daha çox da İran və Türkiyə ilə əlaqələrimizə zərbə vuracaq addımlar atacağı ehtimalı çox yüksək tutulmalıdır:

“Unutmayaq ki, İsrail kəşfiyyatının ən güclü olduğu ölkələrdən biri də Azərbaycandır və Azərbaycanda son aylar xüsusilə ideoloji sferada, informasiya-təbliğat sektorunda etnik, milli və dini zəmində aparılan ideoloji diversiyaların da əsas müəllifi məhz İsrailə bağlı mərkəzlər, təşkilatlar, şəxslərdir. Onlar son 30 ildə dövlət aparatına, müxtəlif hakimiyyət qollarına, əhəmiyyətli strukturlara elə dərindən sızıblar ki, təmizləmək xeyli riskli olmaqla yanaşı, həm də xeyli vaxt aparacaq. Ən çox qorxduqları və özlərinə maneə gördükləri də öz dəyərlərinə sahib çıxan azərbaycanlılardır”.

Vasif ƏLİHÜSEYN

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:160
embedMənbə:https://adalet.az
archiveBu xəbər 08 Sentyabr 2026 11:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see420

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see374

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see353

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see337

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see302

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see291

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see287

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see279

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see257

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see255

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see249

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see245

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see245

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see239

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see238

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see231

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see221

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see214

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see209

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri