Icma.az
close
up
RU
İrana verilən möhlət bitir: Neft “sürətini” artırdı

İrana verilən möhlət bitir: Neft “sürətini” artırdı

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Brent neftinin qiyməti beynəlxalq bazarlarda yenidən artaraq 111,29 dollar səviyyəsində ticarət olunur. 

Dünən 109,77 dollarla günü bağlayan Brent gün ərzində 111,89 dollara qədər yüksəlib. Eyni zamanda, ABŞ-də istehsal olunan WTI markalı neftin bareli 115,03 dollardan satılır. 

“Cebheinfo.az” xarici mediaya əsasən xəbər verir ki, qiymət artımı əsasən Yaxın Şərqdə geosiyasi gərginliyin yüksəlməsi ilə bağlı narahatlıqlarla əlaqələndirilir. ABŞ Prezidenti Donald Trampın İranın Hörmüz boğazını açması üçün verdiyi müddətin sona yaxınlaşması bazarlarda qeyri-müəyyənliyi artırıb və bu da neft qiymətlərinə yuxarı yönlü təzyiq göstərib. 

Tramp Ağ Evdə keçirdiyi son mətbuat konfransında İranla aparılan danışıqların müsbət istiqamətdə davam etdiyini bildirsə də, müəyyən olunmuş müddət ərzində razılaşma əldə olunmazsa, elektrik stansiyaları və körpülər də daxil olmaqla İranın mülki infrastrukturunun hədəf alına biləcəyini bir daha qeyd edib. 

CNN televiziya kanalının iki təhlükəsizlik mənbəsinə istinadən yaydığı məlumata görə, İsrail ABŞ ilə İran arasında aparılan danışıqların nəticə verəcəyi ehtimalına ehtiyatla yanaşır. 

Məlumatda Təl-Əvivin ABŞ administrasiyasının növbəti addımlarını gözlədiyi və danışıqlar uğursuz olacağı təqdirdə İranın enerji və infrastruktur obyektlərinə dair hədəf siyahısını təsdiqlədiyi iddia olunur. 

Eyni zamanda, İsrailin Kanal 13 televiziyası ABŞ və İsrail arasında siyasi koordinasiyanın davam etdiyini, iki ölkənin hava qüvvələrinin isə İranın mülki infrastrukturuna qarşı mümkün hava zərbələri üçün birgə hazırlıq gördüyünü bildirib. Həmçinin, İsrail ordusunun hazırlıqlarının ən azı üç həftə davam edə biləcək hərbi ssenariyə uyğun aparıldığı qeyd edilir. 

Məlumata görə, Tramp İran tərəfinə əvvəlcə 48 saatlıq müddət tanıyıb, daha sonra isə bu müddəti 8 aprel tarixinədək uzadıb. Texniki baxımdan Brent neftində 114,87 dollar səviyyəsi müqavimət, 106,98 dollar səviyyəsi isə dəstək kimi qiymətləndirilir. 

Gülər 
“Cebhienfo.az”

 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 07 Aprel 2026 15:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see428

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see421

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see299

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see278

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see267

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see261

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see259

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see255

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see253

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see238

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see225

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see219

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see215

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see215

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see212

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see211

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see210

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see206

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see206

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri