İranda 18 yaşlı qız edam edilib İDDİA
Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Sosial şəbəkələrdə İran rejiminin 18 yaşlı Melika (Melike) Əzizi adlı gənc qızı edam etdiyi barədə məlumatlar sürətlə yayılıb.
"Cebheinfo.az" “Yeni Sabah”-a istinadən xəbər verir ki, yayılan iddialarda hökmün guya iki gün öncə günorta saatlarında icra olunduğu qeyd edilir. Lakin məsələ ilə bağlı aparılan araşdırma bu məlumatların hələlik təsdiqini tapmadığını göstərir.
Belə ki, nüfuzlu beynəlxalq media qurumları və rəsmi mənbələrdə Melika Əzizinin edamının icra edilməsi barədə hər hansı məlumat yer almır. Əksinə, bəzi hüquq müdafiə resurslarında onun etiraz aksiyaları zamanı saxlanıldığı və barəsində “Allaha qarşı müharibə” (moharebeh) ittihamı irəli sürüldüyü bildirilir. Əslində o aksiyalar zamanı İranın o vaxtkı Ali Dini rəhbəri Əli Xameneinin şəklini yandırmışdı.
Məlumatlara görə, gənc qız hazırda həbsdədir və edam təhlükəsi ilə üz-üzə qala bilər. Lakin hökmün icra edilməsi ilə bağlı yayılan xəbərlər əsasən sosial şəbəkə paylaşımlarına əsaslanır və rəsmi təsdiqini tapmayıb.
Qeyd edək ki, son illərdə İranda etiraz aksiyalarında iştirak edən şəxslərə qarşı sərt cəzaların tətbiqi, o cümlədən edam hökmləri beynəlxalq ictimaiyyətin ciddi narahatlığına səbəb olub. Bu səbəbdən belə xəbərlər sosial mediada geniş rezonans doğurur, lakin onların doğruluğu hər zaman sual altında qalır.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:175
Bu xəbər 25 Mart 2026 11:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















