İranda 6 şaxtaçının cəsədi çıxarıldı
Icma.az, Unikal.az portalına istinadən məlumatı açıqlayır.
İranın Damqan bölgəsindəki Mehmandovye mədənindən 6 şaxtaçının cəsədi çıxarılıb.
"Unikal" İran mətbuatına istinadən xəbər verir ki, Mehmandovye mədəninin operatorlarının verdiyi məlumata görə, daha bir nəfər itkin düşmüş hesab olunur.
Semnan Tibb Elmləri Universitetinin xəstəxanadan əvvəl təcili yardım və insidentlərin idarə edilməsi şöbəsinin müdiri Pejman Garayian bildirib: "İndiyə qədər Damqandakı kömür mədənində qapalı qalan 6 şaxtaçının cəsədi xilasetmə qüvvələri tərəfindən çıxarılıb və Semnan Tibb Elmləri Universitetinin xəstəxanadan əvvəl təcili yardım xidmətində həmkarlarımız tərəfindən müayinə edilib və onların ölümləri təsdiqlənib. Cəsədlərdən üçü Əfqanıstan vətəndaşı, digər üçü isə bu kömür mədəninin iranlı mədənçiləridir".
Ağarza Elçinoğlu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 08 Aprel 2025 09:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















