Icma.az
close
up
RU
İranda azərbaycanlıların aksiyası böyüdü Urmiyada baş verənlərə Bakıdan reaksiya

İranda azərbaycanlıların aksiyası böyüdü Urmiyada baş verənlərə Bakıdan reaksiya

GlobalInfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Xəbər verdiyimiz kimi, Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmiya şəhərində etiraz aksiyaları keçirilir. Artıq uzun illərdir ki, Urmiya gölünün quruması, hökumətin İraq və Suriya kürdlərini şəhərə köçürməsi, yerli azərbaycanlıların diskriminasiyaya məruz qalması davam edir.

Baş verənlər mart ayının 22-də özünün ən pik nöqtələrindən birini yaşadı. Arıq neçə gündür Urmiyada on minlərlə Azərbaycan türkü küçə və meydanlarda rejimin haqsızlığına etiraz edir. Etirazçılar “Azərbaycan yatmayıb, kürdə torpaq satmayıb”, “Azərbaycan yurdumuz, Urmiya boz qurdumuz” və “Azərbaycan oyaqdır, kürdlər bizə qonaqdır” şüarlarını səsləndiriblər.

Xatırladaq ki, 2022-ci ilin avqust-sentyabr aylarında İranda başlayan etirazlar bir neçə ay davam etdi. Üstündən 2 il yarım keçdikdən sonra bu dəfə azərbaycanlıların kütləvi şəkildə İranda etiraz aksiyaları keçirməsi nə vəd edir? Bakı tərəfindən hansısa bir formada oradakı azərbaycanlıların hüquqlarının müdafiəsi istiqamətində addımlar atıla bilərmi?

Globalinfo.az-a danışan Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa baş verənlərin İranın daxili məsələsi olduğunu deyib.

Onun fikrincə, daxildə insanlar etirazlarını ortaya qoyurlar:

“Baş verən məsələyə hansısa bir münasibət bildirməyimiz doğru olmaz. Biz məsələyə insan haqları kontekstindən yanaşırıq. Təbii ki, orada olan soydaşlarımızın məktəblə, ekologiya ilə bağlı hüquqları müəyyən dərəcədə təmin olunmalıdır. Təəssüf ki, İran rejimi buna çox da maraqlı görünmür. Amma bütövlükdə Azərbaycan dövləti olaraq İranın daxili işlərinə qarışmaq yanlışdır. Ona görə də orada baş verən proseslərə duyğularımızla, hisslərimizlə, onlarla bir olmağı düşünərək addımlar atmalıyıq”.

Fazil Mustafa

Deputat deyib ki, Azərbaycan torpaqlarından kənarda baş verən proseslər dövlətimiz tərəfindən konflikt yaradacaq mahiyyətdə olmamalıdır:

“Ona görə də İranla bağlı məsələyə bu kontekstdən yanaşmalı oluruq. Bütün hallarda insanlar belə məsələlərdə etiraz etmə haqqını gerçəkləşdirirlərsə, buna müsbət yanaşmaq lazımdır. Çünki doğrudan da son vaxtlar ekoloji fəlakətlə əlaqədar Urmiyadan çox sayda insa köçüb gedib. Bunun da davam etməməsi üçün etirazların olması bəlkə ölkə həyatında hansısa qərarların dəyişməsinə gətirib çıxara bildi”.

Mövzu ilə bağlı Globalinfo-ya danışan politoloq Oqtay Qasımov qeyd edib ki, zaman-zaman Güney Azərbaycanda bu cür etiraz aksiyalarının şahidi oluruq:

“Bunun səbəbi isə İran rejiminin soydaşlarımızın hüquqlarını gözardı etməsi, onu tanımamasıdır. Baxmayaraq ki, İran konstitusiyasında dillə bağlı müəyyən müddəa var, lakin onların azərbaycanlıların ana dilində təhsil almasına imkan verilmir. Digər tərəfdən, son etiraz aksiyalarına əsas səbəb yerli azərbaycanlılara Novruz bayramlarını normal şəkildə qeyd etmələrinə icazənin verilməməsi, əksinə, digər etnik qruplara bu istiqamətdə şəraitin yaradılmasıdır. Bu da şübhəsiz ki, azərbaycanlıları narazı salan və onların etirazlarına səbəb olan əsas amillərdən biridir”.

Politoloq bildirib ki, ümumi götürdükdə Urmiya əyaləti son 100 ildə İran rejimi, o cümlədən böyük qüvvələr tərəfindən ciddi basqılara məruz qalıb:

Oqtay Qasımov

“Birinci Dünya müharibəsi dönəmində 1914-18-ci illərdə məhz erməni çətələrinin və digər etnik qrupların silahlı dəstələri soydaşlarımıza qarşı soyqırımı həyata keçirməklə təkcə Urmiya vilayətində təxmini 200 minə yaxın insanın həyatına son qoyublar. Həmin soyqırımı isə öz lazımi qiymətini almayıb. Bu gün Urmiya ərazisinə Suriya və digər ərazilərdən kürdlərin köçürülməsi, bölgənin etnik tərkibinin dəyişməsi İran rejiminin əsas prinsiplərindən biridir. Bunun da səbəbi odur ki, Urmiya vilayəti Türkiyə ilə həmsərhəddir, Anadolu ilə sıx əlaqəsi var. İran rejimi hesab edir ki, mövcud əlaqələrin davam etməsi və genişlənməsi Tehranın öz maraqlarına ziddir”.

O.Qasımov deyib ki, İranın əsas funksiyası Türk dünyasının həm İrandakı türklərlə, həm Güney Qafqaz, həm də Orta Asiyada olan türklərlə əlaqələrini kəsməkdir:

“O baxımdan İranda zaman-zaman etiraz aksiyaları görəcəyik. Düzdür, iki il öncəki aksiyalarda güney azərbaycanlıları xüsusi aktivlik nümayiş etdirmədilər. Onlar daha çox milli problemləri önə çıxardılar. Amma şübhəsiz ki, İran rejimi tərəfindən soydaşlarımıza qarşı hansısa repressiyalar aparılsa, bununla bağlı Azərbaycanda fəaliyyət göstərən hüquq müdafiə təşkilatları öz mövqeyini bildirməyə borcludurlar. Vətəndaş olaraq soydaşlarımızın hüquqlarının qorunması və müdafiə edilməsi bizim əsas prinsiplərimizdən biridir. Azərbaycan dövlətinin proseslərə birbaşa müdaxilə etməsi doğru olmaz. Lakin dövlətimiz eyni zamanda dünyada yaşayan azərbaycanlıların da hüquqlarının müdafiəsi üçün əlindən gələn tədbirləri həyata keçirməyə çalışacaq. Bir neçə il öncə Prezident İlham Əliyev demişdi ki, dünyada yaşayan bütün azərbaycanlıların hüquqlarının qorunması Azərbaycan dövlətinin əsas vəzifələrindən biridir”.

https://cdn.globalinfo.az/2025/03/AQOw2WqnITIlkCJA7rknVQDeFFhNi4d6JhURJ7f9uN8qhZsIonL7IBGinCe3lSaH6qxWmc_8QPaYXh_ByTRx4yq5.mp4

Zaira Akifqızı
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:100
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 23 Mart 2025 19:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see210

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see199

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see185

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see182

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see178

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see151

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see151

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see147

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see144

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see142

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see140

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see139

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see138

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see138

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see133

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see132

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see132

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see131

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see130

Xankəndi teatrı bərpa edilir 8 milyon sərf olunacaq

27 Dekabr 2025 19:29see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri