İranda beynəlxalq internetə çıxış bərpa olunur
Azpolitika.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Növbəti sutka ərzində İran vətəndaşlarının beynəlxalq internetə çıxışı tam bərpa olunacaq.
Trend-in məlumatına görə, bunu İranın rabitə və informasiya texnologiyaları nazirinin müavini Ehsan Çitsaz yerli mediaya açıqlamasında deyib.
Onun sözlərinə görə, hazırda beynəlxalq internetə çıxışla əlaqədar ilkin addımlar atılıb və tədricən internet əlaqəsi qurulacaq.
Qeyd edək ki, ötən axşam İranın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi İran Prezidenti Məsud Pezeşkianın internetə çıxışın bərpa olunması ilə əlaqədar qərarı təsdiqlədiyini bildirib.
Əlavə edək ki, 28 fevralda ABŞ və İsrailin İrana hərbi hava hücumlarından sonra İranda beynəlxalq internetə çıxışa məhdudiyyət tətbiq edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:142
Bu xəbər 26 May 2026 15:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















