İranda daha bir nüvə alimi öldürüldü KONKRET
Icma.az bildirir, Konkret.az saytına əsaslanaraq.
İranda daha bir nüvə alimi sui-qəsd nəticəsində həyatını itirib.
KONKRET.az xəbər verir ki, nüvə alimi Məhəmmədrza Sədiqi Sabir Gilan vilayətində, yaşadığı evdə İsrailin hava hücumu nəticəsində qətlə yetirilib.
Məlumata görə, bir neçə gün əvvəl onun Tehrandakı evinə endirilmiş raket zərbəsi zamanı alimin 17 yaşlı oğlu da həyatını itirib. Hadisədən sonra Sədiqi Sabir təhlükəsizlik məqsədilə qayınatasının evinə köçmüşdü.
Yerli mənbələr bildirir ki, bu gün həmin evə üç ədəd İsrail mərmisi düşüb və nəticədə alim hadisə yerindəcə ölüb.
Qeyd edək ki, iki ay əvvəl ABŞ Maliyyə Nazirliyi doktor Məhəmmədrza Sədiqiyə qarşı sanksiyalar tətbiq etmişdi.
Müşviq Tofiqoğlu
KONKRET.az
Bu mövzuda digər xəbərlər:İranda daha üç nüvə alimi öldürüldü KONKRET
14 İyun 2025 15:17
İranda kəşfiyyat direktoru öldürüldü KONKRET
29 Dekabr 2024 12:16
Rusiya vətəndaşı İranda ÖLDÜRÜLDÜ KONKRET
22 Dekabr 2024 16:47
İranın daha bir nüvə alimi öldürüldü KONKRET
20 İyun 2025 15:02
İranda daha bir molla öldürüldü
03 Oktyabr 2025 12:06
Baxış sayı:73
Bu xəbər 24 İyun 2025 16:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















