İranda dolların məzənnəsi rekord həddə çatdı 2,3 milyon rialı keçdi
Icma.az xəbər verir, Baku.ws saytına əsaslanaraq.
İranda milli valyuta rialın ABŞ dolları qarşısında ucuzlaşması sürətlənib. Tehranın valyuta bazarında dolların məzənnəsi yeni tarixi maksimuma yüksəlib.
BAKU.WS xəbər verir ki, sentyabrın 27-də rəsmi məzənnə ilə 1 dollar 1 milyon 717 min 400 rial olub. Sərbəst bazarda isə dolların məzənnəsi 2 milyon 344 min 800 rialadək yüksəlib.
Beləliklə, rəsmi və sərbəst bazar məzənnələri arasında fərq təxminən 36 faizə çatıb.
Rialın dəyər itirməsi fonunda İranda vətəndaşların yığımlarını qorumaq üçün dollar və digər xarici valyutalara marağı artır. Bu isə valyuta bazarında dollara tələbatı daha da yüksəldir.
Sentyabrın 28-də isə sərbəst bazarda dolların alış qiyməti təxminən 2 milyon 337 min rial, satış qiyməti isə 2 milyon 360 min 500 rial təşkil edib.
Baxış sayı:145
Bu xəbər 28 Sentyabr 2026 13:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















