İranda həbs olunan İsveçrə vətəndaşı intihar edib, yoxsa....? Casusluq ittihamı ilə tutulmuşdu
Icma.az, Mia.az portalına istinadən məlumat verir.
İranda “casusluq” ittihamı ilə saxlanılan İsveçrə vətəndaşı Simanan əyalətindəki təcridxanada özünü öldürüb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə İran Ədliyyəsinə yaxınlığı ilə tanınan Mizan Onlayn Xəbər Agentliyi məlumat yayıb.
Agentlik iddia edib ki, casusluqda ittiham olunan İsveçrə vətəndaşı hücrədə tək qalarkən intihar edib.
Simnan vilayətinin Ədliyyə İdarəsinin rəisi Məhəmməd Sadiq Əkbəri agentliyin əməkdaşına faktı təqdiqləyib. Bildirib ki, “casusluq” ittihamı ilə saxlanılan İsveçrə vətəndaşı (adı açıqlanmır - Mia.az) bu gün səhər saatlarında intihar edib: "O, casus kimi həbs olunmuşdu. Bununla bağlı sənəd və dəlillər var. Həm bu, həm də ölüm işi dərindən araşdırılır”.
Əkbəri iddia edib ki, İsveçrə vətəndaşının işəridə ikinəfərlik hücrədə olub: "O, səhər saatlarında eyni kameranı paylaşdığı şəxsdən ona yemək almasını istəyib. Kamera yoldaşı çıxan kimi isə intihar edib. İsveçrə vətəndaşını xilas etmək üçün dərhal müdaxilə etdik, ancaq səylərimiz uğyrsuz oldu"
Sözügedən İsveçrə vətəndaşının adı və nə vaxt saxlanıldığı barədə məlumat paylaşılmayıb.
Qərb mənbələri isə intihara şübhə ilə yanaşıb. İddialar var ki, o, təzyiq və işgəncəyə dözməyərək ölüb.
Tahir Şəlvəli
MİA.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 09 Yanvar 2025 22:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















