Icma.az
close
up
RU
İranda konsul işləyən, xalq düşməni kimi güllənən qadaşlar SSRİ onları necə ələ keçirdi?

İranda konsul işləyən, xalq düşməni kimi güllənən qadaşlar SSRİ onları necə ələ keçirdi?

Icma.az bildirir, Kulis.az saytına əsaslanaraq.

Kulis.az "Tarixin kulisi" layihəsi çərçivəsində Naxçıvanın İranda konsulu işləmiş qardaşlar - Qasım və İsmayıl Camalbəyovlar haqqında materialı təqdim edir.

Azərbaycan tarixinin ən qaranlıq, ən faciəli səhifələrindən biri 1937-ci ilin repressiyasıdır. Bu illərdə yüzlərlə ziyalı, müəllim, dövlət xadimi, alim və sənət adamı "xalq düşməni" damğası ilə şərlənərək məhkəməsiz, sübutsuz güllələndi, ailələri sürgün olundu, övladları atasız qaldı.

Bu qanlı fırtına təkcə fərdləri deyil, nəsilləri silib-süpürdü. Bu nəsillərdən biri də Azərbaycanın maarif və diplomatiya tarixində xüsusi yeri olan Camalbəyovlar idi

Bu ailənin iki üzvü - iki qardaş Qasım və İsmayıl Camalbəyovlar da qanlı repressiyanın qurbanları idilər…

Maarif və mübarizə yoluna həsr olunan ömür – Qasım bəy Camalbəyov

Azərbaycan Demokratik Respublikasının Parlament üzvü, Naxçıvanın Təbrizdəki konsulu olan Qasım bəy Abbasqulu bəy oğlu Camalbəyov 1881-ci ildə Naxçıvan şəhərində doğulub. Erkən yaşlarından elmə, təhsilə maraq göstərən Qasım bəyi atası mədrəsəyə verib. Lakin yeni dövrün təhsil tələblərinə uyğun olaraq, o, sonradan 1896-cı ildə açılan və türk, rus, fars dillərində dərs keçilən “Məktəbi-tərbiyə”də təhsilini davam etdirib. Bu məktəbdə onun müəllimlərindən biri tanınmış şair və maarifçi Məhəmməd Tağı Sidqi idi.

1898-ci ildə təhsilini şəhər dördillik məktəbində davam etdirən Qasım bəy 1901-ci ildə İrəvan Müəllimlər Seminariyasına qəbul olunub və xalq müəllimi dərəcəsini qazanıb. 1901–1912-ci illər ərzində İrəvan quberniyasının müxtəlif kəndlərində müəllim işləyib. O, eyni zamanda, 1903–1904-cü illərdən etibarən gizli siyasi fəaliyyətlə də məşğul olub.

O dövrdə Cənubi Qafqazı bürüyən erməni-müsəlman toqquşmaları, azərbaycanlılara qarşı törədilən qırğınlar onu doğma Naxçıvana qayıtmağa məcbur edib. Qasım bəy burada ictimai-siyasi fəaliyyətini davam etdirib, Naxçıvanda və sonralar Culfada yaradılan Rusiya Sosial Demokrat Fəhlə Partiyasının yerli təşkilatlarında çalışıb. hətta təftiş komissiyasına rəhbərlik edib.

Fars dili biliyi sayəsində 1912-ci ildə İran bankının Culfa agentliyində tərcüməçi kimi işə götürülüb. Lakin az sonra təqiblər başlayıb. Onun siyasi fəaliyyəti çar hökumətini narahat etməyə başlayıb və o, əsassız ittihamlarla işindən azad edilib. Qasım bəy təhlükəni hiss edərək gecə ikən at belində dağ yolları ilə Bakıya qaçıb. Lakin sərhəddə tutulub, Krasnovodska (indiki Türkmənbaşı) göndərilib. Buradan bir gənc partiya üzvünün köməyi ilə yenidən qaçmağı bacarıb və Bibiheybətdə gizli yaşayıb.

Tezliklə çar administrasiyası onun Qafqazdan sürgün edilməsinə dair qərar verib. Həyatının təhlükədə olduğunu anlayan Qasım bəy bir müddət gizlənib, lakin “İslamiyə” mehmanxanası yaxınlığında yenidən həbs edilib. Daha sonra bu həbsdən də möcüzəvi şəkildə qurtularaq dəniz yolu ilə Həştərxana gedib və orada silahdaşı İbrahim Əbilovun himayəsində gizlənib.

1920-ci illərin əvvəllərində Qasım bəy Camalbəyov Naxçıvanın Təbrizdəki ilk konsulu kimi fəaliyyət göstərib. Lakin 1938-ci ilin qanlı repressiyası onu da haqlayıb. İllərini millətinə, maarifə və dövlət müstəqilliyinə həsr edən bu ziyalı sübutsuz, şahidsiz, dəlilsiz şəkildə qətlə yetirilib.
Naxçıvanın Makudakı diplomatı – İsmayıl bəy Camalbəyov

Camalbəyov ailəsinin digər övladı, İsmayıl bəy Abbasqulu bəy oğlu Camalbəyov 1883-cü ildə Naxçıvanda anadan olub. Təhsilini doğma şəhərində alıb, gənc yaşlarından milli mübarizəyə qoşulub.

1915-ci ildə yaradılan “Mücahidin” Milli Partiyasının liderlərindən biri olan İsmayıl bəy Azərbaycanın o dövrkü siyasi mübarizəsində mühüm rol oynayıb. 1918-ci ildə Zaqafqaziya hökumətinin süqutu və bölgənin parçalanması dövründə Naxçıvanın erməni daşnak hücumlarından müdafiəsi üçün təşkilatçılıq işində iştirak edib, xalqın özünümüdafiəsini təşkil edib.

Azərbaycan Demokratik Respublikasının diplomatik xidmətində fəaliyyət göstərən İsmayıl bəy Naxçıvanın Makudakı ilk konsulu təyin edilib. Onun fəaliyyəti İranla əlaqələrin gücləndirilməsi, Naxçıvanın təhlükəsizliyinin qorunması və mühacir azərbaycanlıların vəziyyətinin öyrənilməsi ilə bağlı idi.

Lakin 1938-ci ilin qara kölgəsi onu da haqladı. SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının Səyyar Sessiyası tərəfindən “əksinqilabi, millətçi fəaliyyət” ittihamı ilə 5 yanvar 1938-ci ildə ölüm hökmü çıxarıldı. Hökm cəmi bir gün sonra, yanvarın 6-da icra edildi.

İsmayıl bəyin həyat yoldaşı Güllü Şərif qızı Camalbəyova da “xalq düşməninin arvadı” kimi repressiya edildi. 1879-cu ildə Tiflisdə doğulan Güllü xanım 1937-ci ilin son günlərində tutuldu və 1938-ci il 9 aprel tarixli qərarla 8 il müddətinə İslah-Əmək düşərgəsinə göndərildi. Lakin illər sonra 1995-ci il martın 16-da Zaqafqaziya Hərbi Dairəsi Hərbi Tribunalının qərarı ilə Güllü xanım bəraət aldı.
Repressiya dalğasının apardığı nəsil

Camalbəyov qardaşlarının faciəsi təkcə iki insanın yox, bir ziyalı nəslinin, bir ailənin, bir dövrün faciəsidir. Onlar həm maarifçi, həm diplomat, həm də millət fədailəri idilər. Lakin Sovet rejiminin amansız repressiya siyasəti, xüsusilə də 1937–38-ci illərdə “millətçi”, “əksinqilabçı”, “casus” damğası altında yüzlərlə dəyərli ziyalının həyatını məhv etdi.

Camalbəyovların taleyi Azərbaycanın müstəqilliyi uğrunda can qoyan, xalqının maariflənməsi, dövlət quruculuğu, milli oyanışı uğrunda çalışan bütün ziyalı nəslin simvoludur.

Xalq artisti Ramiz Quliyev vəfat etdi Rəssamlıq Akademiyasında “Ahəng” adlı fərdi sərgi açılıb "Həyatın harasından dönsən, xeyirdir..." - Ömrünə intiharla son qoyan yazıçılar
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:36
embedMənbə:https://kulis.az
archiveBu xəbər 04 Noyabr 2025 15:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tarixə düşən kişi

04 Noyabr 2025 11:57see198

​Televiziya aparıcısı anasını bıçaqlayaraq öldürdü

03 Noyabr 2025 23:31see196

Antiinhisar Agentliyi:”Ombudsmana cavab verəcəyik”

04 Noyabr 2025 12:04see185

“Bu istiqamətlər tam şəkildə nəzərə alınıb”

04 Noyabr 2025 12:17see183

Müəllimlər cəmiyyətin yükünü daşıyan müdriklərdir

03 Noyabr 2025 16:38see178

Sian şəhərinin meri “Biznes Park Abşeron” layihəsi ilə tanış olub

04 Noyabr 2025 08:48see161

Pozulan nikahlar və gizli qalan səbəblər

03 Noyabr 2025 10:41see161

Yüksək şəkər və infarkt arasında əlaqə

03 Noyabr 2025 06:06see140

Monqol əti Bakıda buna görə ucuz imiş SƏBƏB BİLİNDİ

03 Noyabr 2025 11:14see139

Bütün nadir xəstəliklər üçün təsir göstərə biləcək vahid dərman hazırlanıb

03 Noyabr 2025 02:03see136

Bakıda metrolarda yeni ödəniş qaydası tətbiq olunur

04 Noyabr 2025 16:34see134

Turan Tovuz da oynamış futbolçu bu ölkədə klubunu dəyişdi FOTO

03 Noyabr 2025 12:35see134

İstanbulda Qəzza üzrə zirvə görüşü başlayıb

03 Noyabr 2025 16:39see132

Paşinyan artıq düzgün və konstruktiv siyasət yürütməyə başlayıb

04 Noyabr 2025 01:21see131

Müharibədə daha bir idmançı öldü

03 Noyabr 2025 06:28see128

Avropa bütün sursatımızı alıb, aparsın Vuçiç

03 Noyabr 2025 01:44see128

Sumqayıt sakinlərinin yol dərdi: Vətəndaşların problemi nə vaxt həll ediləcək?

03 Noyabr 2025 02:00see127

Xəzərdə batma təhlükəsi ilə üzləşən 3 balıqçı xilas olundu Video

03 Noyabr 2025 16:38see127

Toral Bayramov əli Kriştiano Ronaldonun çiynində Foto

03 Noyabr 2025 08:32see126

İsraildən Türkiyə etirafı: Toz halına saldılar

03 Noyabr 2025 10:47see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri