Icma.az
close
up
RU
İranda məcburi hicabın ləğvi, yoxsa siyasi manevr

İranda məcburi hicabın ləğvi, yoxsa siyasi manevr

Icma.az xəbər verir, Turkstan.az saytına əsaslanaraq.

Ümid Nəccari

2025-ci ilin iyun ayında İranlə İsrail arasında yaranan gərginlik və toqquşmalar vəziyyəti daha da mürəkkəbləşdirdi. Müharibədən və İranın təhlükəsizlik strukturunun zəifləməsindən sonra İranda məcburi hicabın ləğvi ilə bağlı xəbərlər yayıldı. Regional gərginliklər, İsraillə münaqişə və hökumətin daxili etirazları idarə etmək cəhdləri İranın taktiki siyasətlərində həlledici rol oynadı.

Kritik dönəmlərdə İran Prezidenti Məsud Pezeşkiyan populist ritorika ilə dəfələrlə “məcburi hicab” mövzusundan istifadə edərək yalançı ritorika ilə ümidverici bəyanatlar verib. O, İranda yaşayan etniklərin hüquqları mövzusunda da siyasi rəqqas və əmr qulu kimi davranıb. Ən sonda Pezeşkianın bütün nəzəriyyələri və siyasətləri İran diktatoru Əli Xameneinin ideologiyası və əmrləri qarşısında təslim olub.

Halbuki o, prezidentliyinin ilk aylarında bu mövzu ilə bağlı ümidverici sözlər demişdi. Lakin 1404-cü ilin xordad ayının 19-da “X” sosial şəbəkəsində belə bir paylaşımına rast gəlmək olar:

“Açıq-saçıq rəftarlar, çılpaqlıq və norma pozuntusu xalqın böyük əksəriyyəti tərəfindən qəbul edilmir”.

Hicab məsələsi İran rejimi üçün xalq üzərində bir növ psixoloji təzyiq alətinə çevrilib. İllərlə iqtisadi sanksiyaların altında iflic durumuna düşmüş İran, məcburi hicabı İranın qorxmaz qadınlarına qarşı psixoloji basqı kimi istifadə edib. Bu, bir növ qadınlara qarşı çoxillik kin və düşmənçiliyin ifadəsidir, xüsusilə də, 2022-ci ilin 16 sentyabrda İranda etiraz aksiyaları, İran diktatoru Əli Xameneinin sinəsində dərin yara açıb.

İran rejimi “qırmızı xətləri” barədə dəqiq qərar verə bilmir və daim təbliğat maşını vasitəsilə ziddiyyətli xəbərlər və dumanlı qərarlar yayır. İran rejiminin yalançı və xarici ölkələr üçün nəzərdə tululmuş - ixrac yönümlü təbliğatına baxmayaraq, məhkəmə orqanları və bəzi prokurorluqlar son aylarda “iffət və hicab vəziyyət otaqları”nın yaradılması və yeni polis qüvvələrinin səfərbər edilməsi barədə sərt tədbirlərin gücləndirildiyini elan edib.

Əksinə, bəzi siyasi simalar — məsələn, Məsləhət Şurasının üzvü Məhəmmədrza Bahonar yerli mediaya “hicab qanun layihəsinin artıq davam edilə bilməyəcəyini” söyləyib, lakin bu açıqlamalar hüquqi baxımdan qanunda əksini tapmır. İran qadınlarının azadlığı məsələsi bir növ pərdəarxası real hakimiyyətin siyasi oyuncağına çevrilib.

Son aylarda İran İslam Respublikası “hicabın hüquqi və praktik vəziyyəti” barədə ziddiyyətli siqnallar göndərib: bəzi mühafizəkar məmurlar bildiriblər ki, yeni hicab layihəsi “artıq davam edilə bilmir” və ya hələ icraya qoyulmayıb, lakin faktiki olaraq təhlükəsizlik və məhkəmə orqanları, həmçinin radikal xəttin tərəfdarları təzyiq və nəzarət mexanizmlərini yenidən gücləndiriblər. Buna görə də, hazırda vəziyyət “hüquqi qeyri-müəyyənlik və praktik təzyiqin artması” şəklindədir, yəni aydın və qəti bir ləğv yoxdur.

Bəzi mühafizəkar siyasi fiqurlar və hökumətə yaxın media mənsubları elan ediblər ki, “hicab qanun layihəsinin icrası və ya hüquqi təqibi hazırda dayandırılıb”, lakin bu bəyanatlar bütün dövlət orqanları tərəfindən qəbul edilmiş şəffaf hüquqi qərar deyil. Buna görə də, “rəsmi hüquqi vəziyyət” baxımından hələ də boşluq və ziddiyyət mövcuddur.

Müstəqil hesabatlar və insan haqları təşkilatları bildiriblər ki, praktikada hicabın tətbiq üsulları dəyişib: bəzi bölgələrdə müstəntiqlər və prokurorlar “sərtləşmə” elan edib və hökumət yeni nəzarət vasitələrindən hesabat tətbiqləri, müşahidə dronları, gizli məmurlar, qaydalara əməl etməyən müəssisələrin cəza alması və fəaliyyətinin dayandırılması kimi üsullardan istifadə edir.

İnsan haqları təşkilatları və BMT-nin İnsan Haqları Ofisi dəfələrlə zorakılıq, özbaşına həbslər və geniş nəzarət barədə xəbərdarlıq edib və vurğulayıb ki, istənilən “geyim məcburiyyəti” və onun icrası fərdi hüquqlara və azadlıqlara hörmət prinsipi ilə uyğun olmalıdır, lakin təzyiqlər və repressiya metodları artmaqdadır.

İran rejimi və ali qurumlar bəzən (regional toqquşmalar dövründə və ya daxili etirazların yüksəlişi zamanı) taktiki olaraq “zahiri yumşaqlıq” nümayiş etdirərək daxili təzyiqləri azaltmaq və ya təhlükəsizlik qüvvələrini başqa məsələlərə yönəltmək istəyirlər, lakin eyni zamanda, hicabı “ideoloji təminat” hesab edən yarı-rəsmi qurumlar və mühafizəkarlar sərtlik siyasətin təzyiqini artırırlar.

Bu hesabatlar İran rejiminin qeyri-müəyyən və ümumi psixologiyanı yanlış yerə yönəltmək siyasətinin bir parçasıdır ki, illərdir İranda yaşayan insanların taleyini öz uçurumuna doğru yönəldir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:262
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 01 Noyabr 2025 14:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see286

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see266

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see263

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see259

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see249

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see240

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see240

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see231

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see231

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see228

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see215

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see215

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see209

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see208

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see202

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see200

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see198

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see193

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see192

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri