İranda mədən çökdü: ölü və yaralılar var
Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İranın Gülüstan əyalətinin Azadşəhr rayonunun Çeşməsaran bölgəsində yerləşən "Kəlat Şərq" kömür mədənində tunel çöküb.
Axar.az xəbər verir ki, bu barədə rayon rəhbərliyi məlumat yayıb.
Bildirilib ki, hadisə nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb.

