Icma.az
close
up
RU
İranda qadın 22 ildə 11 dəfə evləndi, ərlərini zəhərləyib öldürdü

İranda qadın 22 ildə 11 dəfə evləndi, ərlərini zəhərləyib öldürdü

Qaynarinfo saytına istinadən Icma.az xəbər verir.

İranın Mazandaran vilayətində 56 yaşlı Kolsum Əkbəriyə qarşı 11 nəfəri qəsdən öldürmə və bir nəfəri öldürməyə cəhd ittihamı irəli sürülüb. 

Qaynarinfo xəbər verir ki, prokurorluğun iddiasına görə, Əkbəri 2000-2023-cü illərdə əsasən özündən xeyli yaşlı kişilərlə evlənərək onların mehir pullarını və miras qalan əmlaklarını ələ keçirib, daha sonra qan təzyiqi, şəkər, sakitləşdirici dərmanlar və bəzi hallarda etil spirti qarışığı ilə zəhərləyib. İddia olunur ki, dərman təsir etmədikdə qurbanlarını yastıq və dəsmallarla boğaraq öldürüb.

Cinayətlər Sari, Neka, Mahmoudabad, Babol və Qaemşəhr də daxil olmaqla müxtəlif şəhərlərdə baş verib ki, bu da ölüm halları arasında əlaqə qurulmasını illərlə çətinləşdirib. Rəsmi məlumatlara görə, təsdiqlənmiş qurbanlar arasında Mirəhməd Omrani (69), İsmayıl Bəxşi (62) və Qancəli Həmzeyi (83) də var. 

2020-ci ildə Məsih Nəmatinin zəhərlənmə cəhdindən sağ qalması ilə cinayətlərin izi sürülməyə başlanıb. Sonuncu qətl - 82 yaşlı Qulamrza Babaeinin ölümü - 2023-cü ildə Əkbərinin həbsinə səbəb olub.

Məhkəmədə təqdim edilən rekonstruksiya görüntülərindən sonra Əkbəri cinayətləri etiraf etsə də, öldürdüyü dəqiq insan sayını xatırlamadığını, bunun 13-15 nəfər ola biləcəyini deyib. Onun vəkili psixi durumunun araşdırılmasını tələb etsə də, zərərçəkən ailələr buna etiraz edərək İslam qanunlarına əsasən edam cəzası istəyib.

İran ictimaiyyətində böyük rezonans doğuran iş, hətta televiziya serialına mövzu olub. Qurban ailələri isə bu cür ağır hadisənin sosial mediada zarafata çevrilməsindən narahatlıqlarını bildiriblər. Məhkəmənin hökmü bütün iddiaçılar dinlənildikdən sonra açıqlanacaq.

Aydın

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:137
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 11 Avqust 2025 17:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see627

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see318

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see307

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see300

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see297

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see295

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see282

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see268

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see263

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see254

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see248

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see239

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see234

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see234

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see234

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see230

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see230

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see228

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see226

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see216
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri