Icma.az
close
up
RU
22 ildə 11 ərini öldürdü

22 ildə 11 ərini öldürdü

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

İranda 22 il ərzində evləndiyi yaşlı ərlərini zəhərləyərək öldürdüyü iddia edilən Gülsüm Əkbəri İnqilab Məhkəməsində ilk dəfə hakim qarşısına çıxıb.

11 qətldə ittiham olunan qadın üçün edam cəzası tələb olunur. 

"Cebheinfo.az" xəbər verir ki, o, 2000-ci ildən 2022-ci ilə qədər 11 ərini sistemli şəkildə öldürməkdə ittiham olunur. Prokurorluğun iddiasına görə, Əkbəri qurbanlarını diabet dərmanları, cinsi gücü artıran preparatlar və bəzi hallarda sənaye spirit lə zəhərləyib. Qurbanların yaşlı və xəstə olması ölümlərin təbii səbəblərlə baş verdiyi təəssüratı yaradaraq qətllərin illərlə aşkara çıxmamasına səbəb olub. 

“Iran Wire” xəbər saytının məlumatına görə, hadisə 2023-cü ildə sonuncu əri Əzizullah Babayinin şübhəli ölümü ilə üzə çıxıb. Babayinin oğlu atasının G.Əkbəri ilə evli olduğunu və qadının onu daha əvvəl öldürməyə cəhd etdiyini öyrənəndə məsələni hüquq-mühafizə orqanlarına çatdırıb. Ailə G.Əkbərinin son gəlinləri olduğunu təsdiqləyib. 

 İnqilab Məhkəməsində keçirilən iclasda dörd qurbanın yaxınları islam qanunlarına əsasən G.Əkbərinin edamını tələb edib. İş üzrə 45-dən çox zərərçəkmiş var. Əkbərinin vəkili müvəkkilinin ruhi vəziyyətinin yoxlanılmasını istəyib. Lakin bir zərərçəkmiş cinayətlərin ətraflı planlaşdırıldığını bildirib və bu müdafiəni rədd edib. 

Prokurorluğun ittiham aktında G.Əkbəri “planlı qətl” maddəsi üzrə 11 dəfə, “öldürməyə cəhd” maddəsi üzrə isə 1 dəfə mühakimə olunur. İttihamlara görə, təqsirləndirilən şəxs yaşlı kişilərlə evlənərək onların sərvətlərini ələ keçirmək məqsədilə bu cinayətləri törədib. 

Nigar Hacılı 
"Cebheinfo.az"

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 12 Avqust 2025 12:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1187

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see455

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see359

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see359

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see356

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see352

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see310

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see287

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see256

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see230

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see207

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see206

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see202

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see201

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see198

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see193

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

05 Oktyabr 2026 20:39see188

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see178

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see175

Yamal Golden Boy 2026 namizədləri arasında yoxdur

06 Oktyabr 2026 02:14see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri