Icma.az
close
up
RU
İranda radiasiya əleyhinə yod paylanması: risklər nə qədər yüksəkdir? AÇIQLAMA

İranda radiasiya əleyhinə yod paylanması: risklər nə qədər yüksəkdir? AÇIQLAMA

Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.

Aprelin 8-də Bakı vaxtı ilə saat 04:00-da ABŞ-nin İrana verdiyi vaxt sona çatır. Belə ki, İran razılığa gəlməsə ABŞ və İsrail bu ölkənin bütün atom elektrik stansiyalarını, körpüləri və digər infrastrukturunu vuracaq. 

Son məlumatlara görə, artıq İranda əhaliyə radiasiya əleyhinə yod tabletlərinin paylanılmasına başlanılıb. 

Bəs radiasiya ehtimalı nə dərəcə yüksəkdir?

Mövzu ilə bağlı Redaktor.az-a danışan hərbi ekspert Ədalət Verdiyev dedi ki, atom-elektrik stansiyaları və nüvə tədqiqat mərkəzləri müharibənin ilk günlərindən bir neçə dəfə atəşə tutulub və bu proseslər hələ də səngiməyib:

"Yəni, yaxın iki gün əvvəl yenə də İsfahana, həmin nüvə tədqiqatları mərkəzinə böyük zərbələr endirilib. Görünən odur ki, ABŞ həmin nüvə mərkəzlərini istifadəyə yararsız hala gətirməyə çalışır, amma nüvə sızıntısı ilə bağlı müəyyən narahatlıqlar mövcuddur. Lakin ABŞ-nin hədəfi bu nüvə ehtiyatlarını radioaktiv sızmalara gətirib çıxaracaq fəaliyyətlər deyil. Onların əsas məqsədi bu mərkəzləri işlək vəziyyətdə saxlanıla bilməyəcək hala gətirməkdir. Məsələn, görürsünüzsə, Fordo artıq hədəfə alınmır. Daha çox İsfahana zərbələr endirilir, ara-sıra da Buşehr və Nətənzə hücumlar həyata keçirilir. Bu o deməkdir ki, Fordo artıq fəaliyyətini dondurub, orada iş getmir. Hər bir halda risklər mövcuddur, lakin bu risklər kifayət qədər aşağı səviyyədədir. Bu gün əsasən əhaliyə yod və digər vasitələrin paylanılması, həmin tabletlərin verilməsi daha çox ABŞ-nin və İsrailin xəbərdarlıqları ilə bağlıdır. Bildiyiniz kimi, on günlük bir müddət İrana ABŞ-nin tələblərinin qəbul edilməsi üçün müsbət addım atması məqsədilə verilib, lakin bu baş verməyib. Ona görə də bu gündən etibarən dəmiryol stansiyaları, körpülər, elektrik təchizatı ilə məşğul olan obyektlər, həmçinin SEPAH-a aid obyektlər hədəf götürülür və intensivlik artacaq. Yəqin ki, bu gecədən başlayaraq daha sərt və daha intensiv zərbələr izlənəcək. Artıq Xarq adasında, cəmi 20 kvadrat kilometrlik ərazidə bir saat ərzində 50 zərbə endirilib. Bütün bunlar göstərir ki, İran üçün bu proses kifayət qədər çətin və mürəkkəb mərhələyə daxil olur və bunun qarşısını almaq asan deyil".

NURİYYƏ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:503
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 07 Aprel 2026 18:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see704

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see338

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see337

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see308

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see295

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see294

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see292

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see274

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see270

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see266

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see258

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see249

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see249

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see228

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see225

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see213

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see212

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see208

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see208

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri