Icma.az
close
up
RU
“İranda rejim dəyişərsə, dini xarakter daşımayan yeni idarəetmə modeli formalaşa bilər” POLİTOLOQ ŞƏRH ETDİ

“İranda rejim dəyişərsə, dini xarakter daşımayan yeni idarəetmə modeli formalaşa bilər” POLİTOLOQ ŞƏRH ETDİ

Gununsesi saytından alınan məlumata görə, Icma.az bildirir.

“İranda baş verən proseslər insanların kütləvi etirazları ilə müşayiət olunur. Bu etirazlar, mövcud rejimin hakimiyyətə gəldikdən sonra yürütdüyü siyasətin nəticəsi olaraq ölkənin getdikcə qapalı bir dövlətə çevrilməsi, İrana qarşı beynəlxalq aləmdə genişmiqyaslı sanksiyaların tətbiq olunması və bu sanksiyaların uzun illər ərzində İran dövlətini zəiflətməsi ilə birbaşa bağlıdır. Təbii ki, bu cür şərait zaman-zaman insanların kütləvi etirazlarına səbəb olur”.

Bu fikirləri Gununsesi.info-ya açıqlamasında Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri, politoloq Xəyal Bəşirov İranda baş verən etiraz aksiyalarını şərh edərkən deyib:

“Sıravi vətəndaşların dövlətlərin və ya rejimlərin apardığı siyasəti dəstəkləməməsi tamamilə təbiidir və bu, onların fundamental hüququdur. İnsanlar mövcud siyasətə qarşı narazılıqlarını ifadə etmək haqqına malikdirlər.

Hazırkı etirazların əsas səbəblərindən biri də iqtisadi proseslərdir. İran rialının kəskin şəkildə dəyər itirməsi, milli valyutanın ucuzlaşması və xarici valyutanın bahalaşması əhalinin sosial və iqtisadi vəziyyətinə ciddi təsir göstərir. Daxili valyutanın dəyərdən düşməsi ölkədəki iqtisadi problemlərin açıq göstəricisidir və bu problemlər insanların gündəlik həyatında özünü qabarıq şəkildə büruzə verdiyi üçün etirazlara yol açır.

Bu etirazlara İran dövləti və rejimi tərəfindən reaksiya verilməli, vətəndaşların səsləri eşidilməlidir. Lakin müşahidə etdiyimiz kimi, etirazların yatırılması və səslərin boğulması yolu seçilib. Artıq bu proses on gündən çoxdur davam edir. Bununla yanaşı, etirazlarda kənar qüvvələrin maraqlarının da olduğu istisna edilmir.

Kənar qüvvələr dedikdə, İranın hazırkı rejimi ilə barışmayan ABŞ, İsrail və bir sıra digər dövlətlər nəzərdə tutulur. Zaman-zaman bu ölkələrdən etirazçılara ünvanlanan çağırışların şahidi oluruq. Lakin ötən əsrin 70-ci illərinin sonlarında devrilmiş şah rejiminin yenidən bərpa olunması mənə görə real görünmür. Çünki bu gün İranda cəmiyyət vahid mövqedən çıxış etmir. İnsanların bir qismi mövcud rejimi dəstəkləyir, digər qismi isə ona qarşıdır.

Bəziləri şah rejiminin tərəfdarıdır, digərləri isə ümumiyyətlə monarxiyanın deyil, müasir, demokratik və dünyəvi dövlət modelinin qurulmasını istəyir. Yəni ictimai istəklər müxtəlifdir. Amma bir məqam aydındır ki, indiki etirazlar mövcud rejimə qarşı yönəlib və insanlar, kimin hakimiyyətə gəlməsindən asılı olmayaraq, hazırkı rejimi qəbul etmək istəmirlər. Bu baxımdan Donald Trampın və digər xarici siyasi fiqurların çağırışları da məhz mövcud rejimin dəyişdirilməsi niyyəti ilə bağlıdır”.

Politoloq vurğulayıb ki, İranda bundan əvvəl də daha gərgin etiraz dalğaları müşahidə olunub və İran hakimiyyəti bu proseslərin öhdəsindən gələ bilib.

“Lakin indiki mərhələdə vəziyyəti fərqləndirən amillər var. Xüsusilə də kənardan edilən çağırışlar və İranın ötən il yaşadığı, 12 gün davam edən müharibə fonunda bir sıra yüksək rütbəli hərbi vəzifəli şəxslərin İsrail tərəfindən zərərsizləşdirilməsi cəmiyyətdə ciddi narazılıq yaradıb. İnsanlar haqlı olaraq sual edirlər ki, dövlət idarəetməsi hansı səviyyədədir ki, bir neçə saat ərzində ölkənin ən yüksək vəzifəli şəxsləri hədəfə alına bilir.

Bu amillər də mövcud rejimə qarşı etirazları daha da gücləndirir. Bununla belə, hazırkı mərhələdə İranda rejimin devriləcəyi ilə bağlı dəqiq proqnoz vermək mümkün deyil. Mövcud etirazlar hələlik rejimin devrilməsi üçün kifayət etmir, amma onları qeyri-ciddi də saymaq olmaz.

Çünki bu, artıq yalnız bir etnik qrupun deyil, ümumilikdə İran vətəndaşlarının etirazıdır. Etirazlar ölkənin bütün ərazisini, demək olar ki, bütün şəhərləri əhatə edir. Son məlumatlara görə, hakimiyyət tərəfindən internetin məhdudlaşdırılması da bu proseslərin nə qədər ciddi xarakter aldığını göstərir.

Hesab edirəm ki, proseslərin gedişində yaxın vaxtlarda daha aydın mənzərə formalaşacaq ki, rejim mövqeyini qoruyacaq, yoxsa dəyişiklik qaçılmaz olacaq. Əgər rejim dəyişərsə, böyük ehtimalla şah rejiminin bərpasından daha çox, dini xarakter daşımayan, dünyəvi və yeni bir idarəetmə modelinin formalaşması real görünür”.

Şəbnəm Rəhimova

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 09 Yanvar 2026 16:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see273

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see212

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see207

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see196

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see196

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see187

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see179

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see162

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see157

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see157

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see153

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see145

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see143

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see141

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see138

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see133

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see130

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see130

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri