Icma.az
close
up
RU
ABŞ İranda fərqli bir vəziyyətlə qarşılaşa bilər Politoloq

ABŞ İranda fərqli bir vəziyyətlə qarşılaşa bilər Politoloq

Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İran Xarici İşlər naziri Abbas Araqçi deyib ki, ABŞ regionda müharibəyə qoşularsa, İran Amerika hərbçilərinə cavab zərbələri endirəcək.

Belə olarsa, ABŞ ilə İran arasında da müharibə başlaya bilərmi?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında politoloq Sədrəddin Soltan bildirdi ki, ABŞ regionda İsraili müdafiə etməklə, əslində, artıq İranın maraqlarına qarşı mübarizə aparır:

"İraqda İranyönlü qüvvələrin bazalarını vurmaqla, eləcə də bundan əvvəl Yəməndə qiyamçıların mövqelərinə zərbələr endirməklə, həmçinin İsrailin HƏMAS-a qarşı keçirdiyi əməliyyatlarda ABŞ faktiki olaraq İrana qarşı mövqe sərgiləmişdir.

Bundan əlavə, ABŞ İran ərazisində hələ inqilabdan əvvəl bir neçə dəfə əməliyyatlar həyata keçirmiş, lakin bu əməliyyatlar uğursuzluqla nəticələnmişdi".

Siyasi ekspertin fikrincə, İsrailin raket hücumlarından sonra ABŞ-nin İrana qarşı əməliyyat keçirməsi artıq o qədər də çətin olmayacaq.

"Çünki İsrail Tehran hakimiyyətinə məxsus bir sıra hərbi obyektləri, hava hücumundan müdafiə sistemlərini, SEPAH-ın qərargahlarını vurub, bir çox hərbi liderləri və kəşfiyyat qrupunun rəhbərlərini zərərsizləşdirib. Bu baxımdan, ABŞ-nin işi artıq daha asan görünür.

ABŞ Prezidenti Donald Tramp İranın təkliflərini qəbul etməsi üçün 2 həftə vaxt verib ki, bu da təsadüfi deyil. Məhz bu 2 həftə ərzində, xüsusilə də artıq cari həftə boyunca, İsrailin İrana qarşı hücumlarının daha geniş əraziləri əhatə edəcəyi və daha böyük itkilərlə nəticələnəcəyi ehtimalı var. Bu halda ABŞ İranda fərqli bir vəziyyətlə qarşılaşa bilər.

Buna cavab olaraq, İran tərəfi bəyan edir ki, əgər ABŞ İsraillə birgə əməliyyata başlayarsa, o zaman regiondakı Amerika hərbi bazalarına hücum ediləcək", - deyən politoloq hesab edir ki, bu, gələcəkdə İranla ABŞ arasında regionda qarşıdurmanın daha da şiddətlənməsinə səbəb ola bilər.

"Amma qarşıdakı 10 gün ərzində İranın, beynəlxalq ictimaiyyətin davranışları və hadisələrin inkişafı məsələyə müəyyən aydınlıq gətirə bilər. Çin müharibənin dərhal dayandırılmasını tələb edir, Rusiya isə tərəflər arasında vasitəçilik missiyası təklif edib.

Bu gün İstanbulda İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 51-ci toplantısı keçirilir. Həmçinin İranın xarici işlər naziri Abbas Araqçi dünən Avropa üçlüyünün xarici işlər nazirləri ilə görüşüb.

Bütün bunlar diplomatik istiqamətdə vəziyyətə təsir edə biləcək addımlar kimi qiymətləndirilə bilər. Odur ki, müharibənin başlama ehtimalı Tehranın Amerikanın irəli sürdüyü şərtlərə necə yanaşacağından asılı olacaq. Əks təqdirdə, vəziyyət Tehran hakimiyyəti üçün olduqca ağır ola bilər", - deyə Sədrəddin Soltan vurğuladı.

Xədicə BAXIŞLI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:184
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 21 İyun 2025 18:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri