Icma.az
close
up
RU
İranda sülhün baş tutmasında maraqlı olmayan qüvvələr var AÇIQLAMA

İranda sülhün baş tutmasında maraqlı olmayan qüvvələr var AÇIQLAMA

Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ-nin İranın Qeşm adasındakı hərbi obyektlərinə endirdiyi yerüstü zərbələr və buna cavab olaraq İslam İnqilabı Keşikçiləri Korpusunun Bəhreyndəki ABŞ Beşinci Donanmasının qərargahını raket və PUA-larla hədəf alması, Yaxın Şərqdəki gərginliyi kritik həddə çatdırıb. Hər iki tərəfin bir-birinin strateji mövqelərinə birbaşa və qarşılıqlı zərbələr endirməsi regionu böyük müharibənin astanasına gətirib çıxarıb.

Bu hərbi eskalasiya fonunda ekspertlərin ABŞ-İran danışıqlar prosesinin gələcəyi və hərbi əməliyyatların daha geniş coğrafiyaya yayılma ehtimalı ilə bağlı təhlilləri xüsusi aktuallıq qazanır.

Bəs tərəflərin bu amansız qarşıdurması regionda nəzarətdən çıxan yeni bir müharibəni alovlandırırmı? Mövcud hərbi böhran sülh və danışıqlar masasını tamamilə sıradan çıxarıb?

Mövzuyla bağlı Bakıvaxtı.az-adanışan politoloq Elçin Xalidbəyli bildirib ki, ABŞ və İran arasında davam edən danışıqlar prosesi hələlik mürəkkəb xarakter daşıyır. Bu prosesdə pozitiv nəticələrin əldə olunma ehtimalı olsa da, bunun yaxın vaxtlarda baş verəcəyi o qədər də inandırıcı görünmür. Çünki hər iki tərəfin israrla üzərində durduğu şərtlər mövcuddur. Məsələn, ABŞ İranın nüvə proqramının ləğvini tələb eləyir və bununla, buna paralel olaraq da Hörmüz boğazının sərbəst hərəkət marşrutu kimi fəaliyyət göstərməsində israrlıdır:

"Eyni zamanda İranın da üzərində ciddi dayandığı şərtlər var. Elə xüsusilə də nüvə proqramının davam etdirilməsində israrlıdır və ümumiyyətlə, bu mövzuda danışıqlar aparmaq istəmir. Bu da o deməkdir ki, danışıqlar prosesi qeyri-müəyyən müddətə qədər uzana bilər".

Elçin Xalidbəyli: ABŞ-nin regionda hərbi iştirakı daha da genişlənə bilər

Politoloqun sözlərinə görə, digər tərəfdən, İranın daxilində sülhün baş tutmasında maraqlı olmayan qüvvələr də var və hər iki tərəfdən bir-birinə zərbələr endirilir. Bu da o deməkdir ki, hansısa mərhələdə bu zərbələr daha genişmiqyaslı hərbi toqquşmalara çevrilə bilər:

"Bu, böyük ölçüdə danışıqlar prosesinin hansı istiqamətlərə yönəlməsindən də asılıdır. Eyni zamanda qlobal geopolitik proseslərin təsirləri də bu məsələdə öz rolunu oynaya bilər. Əgər ABŞ üçün Hörmüz boğazının Çin üçün qapadılması böyük önəm daşıyarsa, o zaman ABŞ-nin regionda hərbi iştirakının daha da genişlənmək ehtimalı mövcuddur".

Yəni, hazırda sülh prosesi, yəni danışıqlar prosesi yaxın vaxtlarda birmənalı şəkildə savaşın dayandırılması və yaxud da ümumiyyətlə hərbi böhranın aradan qaldırılmasına təminat vermir və hansısa mərhələdə hərbi əməliyyatların bərpa olunma ehtimalı da mövcuddur".

Zeynəb Rzayeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 03 İyun 2026 16:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see322

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see316

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see313

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see299

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see299

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see290

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see280

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see280

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see278

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see264

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see246

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see237

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see236

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see232

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see232

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see229

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see223

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see220

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see198

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri