“İranda Suriya ssenariyasi tətbiq ola bilər” ŞƏRH
Gununsesi saytından alınan məlumata görə, Icma.az bildirir.
“İranla ABŞ və İsrail arasında davam edən qarşıdurma hələlik səngiməyib. Mövcud vəziyyət göstərir ki, münaqişə yaxın dövrdə tam dayanmayacaq”.
Bu fikirləri Gununsesi.info-ya açıqlamasında siyasi şərhçi Məhəmməd Əsədullazadə deyib:
“İran hakimiyyətinin tam şəkildə çökməsi yaxın dövrdə mümkün görünmür.
Donald Tramp çalışır ki, ABŞ ilə İran hakimiyyəti arasında münasibətlər qurulsun, danışıqlar aparılsın və Vaşinqtonun irəli sürdüyü tələblər Tehran tərəfindən qəbul edilsin. Bu istiqamətdə plan mövcuddur. Lakin hərbi qarşıdurma davam edir.
Əgər İran hakimiyyəti çökər və xalq kütləvi şəkildə ayağa qalxarsa, ölkədə Suriya ssenarisinə bənzər vəziyyət yarana bilər. Bu halda vətəndaş qarşıdurması, bölgələr üzrə parçalanma, qarışıqlıq və idarəetmə boşluğu ehtimalı arta bilər”.
O qeyd edib ki, hazırda isə İran hakimiyyəti mövqeyini qoruyur, genişmiqyaslı xalq çıxışları müşahidə olunmur:
“ABŞ-ın əsas məqsədi rejimin tam süqutu deyil, mövcud rəhbərliklə danışıqlar aparmaqdır.
İsrail isə İranda mövcud sistemin zəifləməsində, ölkə daxilində qarışıqlığın dərinləşməsində maraqlı görünür“.
Şəbnəm
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 02 Mart 2026 11:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















