Icma.az
close
up
RU
ABŞ İranda tələyə düşüb ŞƏRH

ABŞ İranda tələyə düşüb ŞƏRH

Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Hazırkı geosiyasi mənzərə göstərir ki, ABŞ bir növ strateji tələyə düşüb. Vaşinqton İranla müharibəyə başlayarkən, prosesin Venesuela ssenarisinə bənzər şəkildə qısa müddətdə həll olunacağını, ölkə rəhbərliyinin bir neçə günə sıradan çıxarılacağını və yeni hakimiyyətlə tez bir zamanda anlaşma əldə ediləcəyini proqnozlaşdırırdı. Lakin bu plan İranda baş tutmadı və indi ABŞ bu hərbi-siyasi oyundan geri çəkilməkdə çətinlik çəkir. İran tərəfinin müharibəni dayandırmaqda maraqlı olmaması Ağ Evi ya təzyiqləri artırmaq, ya da çıxış yolları axtarmaq məcburiyyətində qoyur. Lakin təzyiq artdıqca, ABŞ Rusiyanın Ukraynada üzləşdiyi vəziyyətə bənzər bir "İran bataqlığına" daha da dərindən saplanır".

Redaktor.az-a bu fikirləri ABŞ/İsrail - İran müharibəsinin hazırkı vəziyyətini şərh edən politoloq Turab Rzayev bildirdi. Onun sözlərinə görə, ABŞ bu təhlükəni dərk etdiyi üçün İranla müəyyən bir kompromisə gəlməyə çalışsa da, Tehranın buna razılıq verməsi real görünmür:

"Bunun əsas səbəbi İranın dəfələrlə ABŞ ilə razılığa gəlməsinə baxmayaraq bu razılaşmaların hər dəfə Vaşinqton tərəfindən pozulmasıdır. Hətta diplomatik təmasların davam etdiyi və atəşkəs müzakirələrinin aparıldığı ən kritik məqamlarda belə İranın yüksək rütbəli hərbi rəhbərliyinin, generallarının və hökumət nümayəndələrinin hədəf alınaraq öldürülməsi beynəlxalq normaların kobud şəkildə pozulması kimi qiymətləndirilir. Belə bir etimadsızlıq mühitində İranın yenidən ABŞ-nin sülh təkliflərinə inanması inandırıcı deyil".

Müsahibimiz əlavə etdi ki, İran tərəfinin danışıqlar üçün qoyduğu başlıca şərt ABŞ-nin hücum imkanlarının tamamilə məhdudlaşdırılması, ölkə rəhbərliyinə qarşı sui-qəsdlərin dayandırılması və müharibənin vurduğu zərərlərlə bağlı irihəcmli təzminatların ödənilməsidir.

"Digər tərəfdən, ABŞ-nin da nüvə proqramı, ballistik raketlər və ölkənin idarəetmə forması ilə bağlı qəbulu çətin olan öz şərtləri mövcuddur. Prezident Trampın davamlı olaraq danışıqlara hazır olduqları barədə açıqlamalarına rəğmən, İran öz şərtləri qəbul edilmədən müsbət cavab verməkdən imtina edir. Nəticə etibarilə, bu düyün açılmazsa, proses qaçılmaz olaraq ABŞ üçün daha dərin bir bataqlığa çevrilə biləcək genişmiqyaslı yerüstü əməliyyatlara doğru sürüklənə bilər", - deyə Turab Rzayev vurğuladı.

Xədicə BAXIŞLI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 31 Mart 2026 18:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see315

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see308

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see299

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see295

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see290

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see287

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see286

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see259

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see258

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see240

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see239

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see237

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see236

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see227

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see226

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see224

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see198

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see186

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri