İranda zirehli texnikanı insanların üzərinə KONKRET
Konkret.az saytından alınan məlumata görə, Icma.az bildirir.
İranın Ərdəbil şəhərində baş verən zorakılığın yeni təfərrüatları üzə çıxıb.
KONKRET.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan videolarda İran xüsusi təyinatlılarının Yəhya meydanı ərazisində nümayişçiləri zirehli texnika ilə dağıtdığı, insanların tırtıllar altında qaldığı açıq görünür. Bu görüntülər ölkə daxilində geniş rezonans doğurub.
Hakimiyyət hadisəni ört-basdır etməyə çalışaraq zirehli maşının guya idarəetməni itirdiyini və insanların üzərinə getdiyini iddia edib. Lakin videolar güc strukturlarının etirazçılara qarşı məqsədli şəkildə hərəkət etdiyini göstərir.
İranlı politoloq Yunis Şameli bildirir ki, etirazçılara qarşı zirehli texnikadan sonuncu dəfə 2009-cu ildə istifadə olunub. Onun sözlərinə görə, hazırda on minlərlə insan həlak olub, yüz minlərlə şəxs yaralanıb və baş verənlər hakimiyyətin sistemli zorakılıq siyasətindən xəbər verir.
Şameli vurğulayır ki, təhlükəsizlik qüvvələri artıq öz xalqına daxili düşmən kimi yanaşır və artan sosial-iqtisadi böhran fonunda rejim hakimiyyəti qorumaq naminə zorakılığı daha da artırmağa hazırdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 07 Fevral 2026 22:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















