İrandakı iğtişaşlarda iştirak edən bir nəfər edam olunub
Icma.az, Hurriyyet portalına istinadən məlumat yayır.
İranda ötən ilin dekabrında baş verən iğtişaşlarda iştirak edən Şəhram Sadiqi edam olunub.
Şəhram Sadiqi kütləvi etirazlar zamanı avtomobili hüquq-mühafizə orqanları əməkdaşlarının üzərinə sürməkdə ittiham olunurdu.
Qeyd edilib ki, hadisə nəticəsində 7 güc strukturu əməkdaşı müxtəlif dərəcəli xəsarətlər alıb. Həmçinin bildirilib ki, hadisədən sonra Sadiqi hadisə yerindən qaçıb, daha sonra isə öz avtomobilini yandırıb. Sonradan həbs edilən Ş. Sadiqi barəsində ölüm hökmü çıxarılıb və hökm bu gün icra edilib.
İyulun 28-də də iğtişaşlarda iştirakda ittiham olunan iki nəfər də edam edilmişdi./report.az
Bu mövzuda digər xəbərlər:İrandakı iğtişaşlarda iştirak edən bir nəfər edam olunub
16 Avqust 2026 10:31
İrandakı iğtişaşlarda iştirak edən yeddi silahlı saxlanıldı
09 Yanvar 2026 21:09
İranda hökumət əleyhinə iğtişaşlarda iştirak edən iki nəfər edam olunub
30 Mart 2026 15:06
İrandakı iğtişaşlarda ölənlərin sayı 30 minə çatacaq?
25 Yanvar 2026 21:32
Trampdan İrandakı aksiyalarda iştirak edən etirazçılara BƏYAN
10 Yanvar 2026 23:28
Baxış sayı:225
Bu xəbər 21 Avqust 2026 17:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















