Icma.az
close
up
RU
İrandakı molla rejimini devirmək üçün: “Stalin tezisləri ilə mübarizə...”

İrandakı molla rejimini devirmək üçün: “Stalin tezisləri ilə mübarizə...”

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Artıq İranın ətrafındakı çəmbər daralır”.

Bu sözləri Güney Azərbaycan üzrə araşdırmaçı jurnalist Elman Cəfərli “Cebheinfo.az”-a açıqlamasında deyib. O bildirib ki, İran artıq Suriyadan çıxarılıb və Yaxın Şərdqə əhəmiyyətli zərbə alıb:

“Üstəlik, İranın proksi qüvvələrinə qarşı mübarizə də məhz Donald Trampın ABŞ Prezidenti olduğu dövrdə başlanmışdı. 

Düşünürəm ki, biz indiki mərhələdə ayıq olmalı və doğru addımlar atmalıyıq. Hazırda bəzi qüvvələr kritik məqamlarda yanlışa yol verir, lüzumsuz şüarlarda İran daxilində demokratik güclərin mövqelərini zəiflədirlər. Bu gün İranda rejim əleyhinə mübarizə mərkəzləri var. Bəluclar, türkmənlər, ərəblər, kürdlər də indiki rejimin getməsini istəyir. Güney Azərbaycan Milli Hərəkatı molla rejiminin əleyhinə olan güclərlə sıx təmasa keçməli, vahid mübarizə platforması yaradılmalıdır. 

Quzeydə baş verən çağdaş müstəqillik mübarizəsinə baxın. Azərbaycan Xalq Cəbhəsi Gürcüstan, Ukrayna, Baltik ölkələrinin demokratik qüvvələri ilə Sovet kommunist rejiminə qarşı mübarizədə əməkdaşlıq edirdi. Hətta Rusiya demokratları ilə Azərbaycanın demokratik qüvvələrinin əlaqələri var idi. İran rejiminə qarşı təkbaşına və Stalin tezisləri ilə mübarizə aparmaq olmaz”. 

Ekspert qeyd edib ki, bugünkü İranın etnik mənsubiyyəti və siyasi palitrası fərqlidir: 

“Bütün xalqlar azad olmaq istəyir. İranda ana dili hüququ pozulan tək türklər deyil. Digər qeyri-fars millətlərini də müasir dünyanın qəbul etdiyi demokratik dəyərlər ətrafında birləşdirmək lazımdır”. 

Elman Cəfərli onu da diqqətə çatdırıb ki, Azərbaycan Respublikasında, Avropada, Amerikada yaşayan güneylilər o taydakı soydaşlarımızla müntəzəm iş aparmalı və siyasi cəhətdən yetkin toplumun formalaşdırılmasına nail olmalıdır: 

“30 ildir eyni şüarlarla mübarizə aparırıq. Hanı nəticə? Azərbaycan dilində bir məktəb yoxdur. İlk olaraq soydaşlarımızı irançılıq ideyalogiyasının təsirindən qurtarmalıyıq. Güney toplumunda demokratik düşüncə formalaşmalıdır. 

Unutmayaq ki, təkbaşına heç bir etnos molla rejimini devirə bilməz. Yalnız İran xalqlarının birliyi, demokratik qüvvələrin vahid hərəkəti nəticə doğura bilər”.

Elmir Mustafa 
“Cebheinfo.az” 

 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 05 Fevral 2025 12:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see324

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see292

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see292

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see282

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see281

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see273

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see272

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see269

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see264

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see257

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see242

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see240

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see232

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see225

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see223

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see223

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see221

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see208

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see207

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri