Icma.az
close
up
RU
İrandakı mövcud rejim İsrailə qarşı formalaşdırdığı düşmənçilik siyasətini Azərbaycana qarşı yönəltməyə çalışır

İrandakı mövcud rejim İsrailə qarşı formalaşdırdığı düşmənçilik siyasətini Azərbaycana qarşı yönəltməyə çalışır

Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Azərbaycan dövləti dünyada tanınmasının qarşısını almaq üçün İran əlindən gələni edəcək. Azərbaycan dövləti diplomatik və təhlükəsizlik müstəvisində hazırlıqlı olmalı və fəaliyyətlər aparılmalıdır. Türkiyə dövləti bu məsələdə aktiv rol almalıdır. İran fars molla rejiminin, SEPAH-i pasdaranın bu işğalçı təhdidkar davranışlarına son qoymaq üçün Türkiyə İran rejiminə ciddi xəbərdarlıq etməlidir. Çünki bu ümumilikdə region üçün təhdiddən xəbər verir. Yəni sırf Azərbaycana işğal təhdidi kimi dəyərləndirilməməlidir. Burada regional bir təhdiddən və Türk dünyasına yönəlik bir təhdiddən söhbət gedir".

Savalan Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi, GAMAC İdarə Heyətinin üzvü Sadiq İsabəyli Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, həqiqətdə fars molla rejimi və SEPAH-i pasdaran Azərbaycana qarşı bu təhdidlərini gerçəkləşdirə bilməz, bunu bilməlidir: “Güney Azərbaycanda milli azadlıq hərəkatı dediyimiz çoxmilyonlu bir hərəkat var və bu mahiyyət olaraq azərbaycançılıq əsasında formalaşan bir hərəkatdır. Bizim vətənimiz Azərbaycan, bizim milli siyasi hədəflərimizin mahiyyətində azərbaycançılıq durur və bu azərbaycançılığı təmsil edən Azərbaycan bayrağıdır. Bu, fars molla rejiminin uydurduğu ideoloji deyil, saxtalaşdırdığı tarix deyil. Onun saxtalaşdırdığı bayraq deyil.

Sadiq İsabəyli

Sadiq İsabəyli bildirib ki, fars molla rejiminin Azərbaycan dövlətinə açıq təhdidi bütövlükdə bütöv Azərbaycana yönəlmiş bir təhdiddir və sözsüz ki, bizim millətimiz, bu təhdidlərə boyun əyməyəcək.

“Güney Azərbaycanda artıq hər şeyin fərqindədirlər, fars molla rejiminin bütün mahiyyətini bilir, düşmənçilik siyasətinin səbəblərini və məqsədlərini bilir. Apardığımız milli azadlıq hərəkatı çox ciddi şəkildə irəliləyişlərə sahibdir və biz bütün proseslərdə bunu görürük. Əgər fars molla rejimi və SEPAH-i pasdaran bu kimi təhdidləri reallaşdıra biləcəyini düşünürsə,  onlar bilməlidir ki, bu təhdid onların özünə yönələcək və bundan heç də qazanclı çıxmayacaq. Uduzan tərəf İranın fars-molla rejiminin özü olacaq.

Çox çalışırlar ki, Quzey və Güney Azərbaycan arasında parçalanma yaratsınlar. Bunlar çox çalışırlar desinlər ki, Quzey Azərbaycan İsrailin maraqlarına xidmət edir. İran İsrailə qarşı formalaşdırdığı düşmənçilik siyasətini Azərbaycana qarşı yönəltməyə çalışır.

Bütün bunların hamısı artıq iflasa uğrayan bir siyasətdir. Tribunalardan bir zamanlar səsləndirirdilər ki, “İsrail dövləti 25 il sonranı görməyəcək” biz gördük ki, nəhayətdə İsrail onları 12 gün ərzində, necə deyərlər, elə bir vəziyyətə qoydu ki, hələ də ondan qurtara bilmirlər. Yəni təkcə İsrailin 12 günlük hücumları nəticəsində vurulan maddi ziyan 30 milyard dollarla ölçülür. Fars molla rejiminin 2025-ci ildən 2040-cı ilə qədər bir işğal planı var. Fars molla rejimi və SEPAH-i pasdaran bunu sadəcə reallaşdıra bilməyəcək, təhdid edə bilər, amma reallaşdıra bilməyəcək. Çünki bir çox proseslər var ki, heç bu rejimin yatsa yuxusuna da gəlməz ki, necə aparılacaq və nə kimi məsələlər olacaq. Elə o birdən görəcək ki, qəfildən bir şey oldu və bitdi”-deyən Sadiq İsabəylinin fikrincə, zamanla biz görəcəyik ki, proseslər heç də fars molla rejiminin iddia etdiyi proses deyil və tamamilə gerçəklik fərqlidir.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:555
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 22 Avqust 2025 23:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see204

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see191

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see167

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see167

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see153

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see138

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see134

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see130

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see127

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see127

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see124

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri