Icma.az
close
up
RU
İrandakı qarşıdurmadan Gürcüstan uduşlu çıxacaq Ekspert

İrandakı qarşıdurmadan Gürcüstan uduşlu çıxacaq Ekspert

Icma.az, Modern.az saytına istinadən bildirir.

İsrail-İran müharibəsinin bu gün üçümcü günüdür. Hazırda hər iki tərəf bir-birinə qarşı raket və aviasiya zərbələri endirirlər. İndiyə kimi İranda 555 nəfər hücumlar nəticəsində həlak olublar.

Bununla belə baş verənlər iqtisadi sahədə də özünü göstərib.

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti artıb. Birja məlumatlarına əsasən, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin aprel fyuçerslərinin qiyməti 2,34% artaraq 5 370,65 ABŞ dollarına bərabər olub.

COMEX-də gümüşün bir unsiyası üzrə 2026-cı ilin may fyuçerslərinin qiyməti də 0,97% artaraq 94,198 ABŞ dolları olub. "Brent" neftin qiyməti 80 dolları keçib.

Modern.az-a açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli ABŞ-İsrail və İran müharibəsinin regional iqtisadi təsirləri ilə bağlı bunları deyib:

“Müharibənin iqtisadi təsirləri region üçün neqativdir. Azərbaycan üçün bunun müsbət cəhəti neft və qızıl qiymətinin artmasıdır. Əsas məsələ isə neft qiymətinin artmasıdır. Məhz bu tendensiya daxil olan valyutanın həcmini artıracaq. Amma bunun çoxlu neqativ tərəfləri də var. Ümid edirik ki, bu müharibə qaçqın axını yaratmayacaq. Ciddi sürətdə yükdaşımalarda problem yaradacaq”.

     

İqtisadçı ekspert məsələnin  Azərbaycan üçün iqtisadi baxımdan doğura biləcəyi problemlərdən də bəhs edib:

“Azərbaycana gələn yüklərin əsasən İrandan gəlirdi. Şimal-Cənub Nəqliyyat dəhlizi vasitəsilə Çindən gələn yüklərin əhəmiyyətli hissəsi də İranın BəndərAbbas limanı üzərindən bizə çatırdı. Eləcə də Azərbaycanla Naxçıvan üzərindən Türkiyədən yükdaşımaların bir hissəsi İran üzərindən keçirdi. Azərbaycanın İranla ticarəti böyük həcmdə olmasa da, kifayət qədərdir. Xüsusən ərzaq məhsulları, bir sıra gündəlik istifadə olunan məhsullar, texniki məhsullar məhz İrandan alınırdı. İranın Bəndər-Abbas limanı üzərindən daşımalara bu müharibə problemlər yaradacaq. Bunun əvəzində Poti limanı yüklənəcək və bu vəziyyətdən Gürcüstan uduşlu çıxacaq. Poti limanının da yükdaşıma tutumu var. Təbii ki, müharibə yaxşı heç nə vəd etmir. Ölkələr o zaman inkişaf edir ki, ətrafında inkişaf etmiş dövlətlər olsun. İran müharibəsi bəzi məhsulların, logistik xərclərin bahalaşmasına gətirib çıxara bilər. Ümid edək ki, müharibə uzunmüddətli olmayacaq, 1-2 həftəyə dayanacaq. Məhsul çatışmazlığı yox, amma qiymət artımı riskini görürəm. Digər yandan logistika problemləri çətinləşəcək”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://modern.az
archiveBu xəbər 02 Mart 2026 17:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ceyhun Bayramov Nyu Yorkda 37 ikitərəfli görüş keçirib, 17 sənəd imzalanıb

27 Sentyabr 2026 00:00see242

Klopp Adeyemini müdafiə etdi: “Onun oyununu bəyənirəm”

27 Sentyabr 2026 01:04see241

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

28 Sentyabr 2026 11:17see238

Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?

27 Sentyabr 2026 02:04see237

5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra vəziyyəti pisləşərək ölüb

27 Sentyabr 2026 08:13see236

“Təzə ata olmuşdu, qucağımda şəhid oldu” VİDEO

27 Sentyabr 2026 01:31see233

İspaniya millisi rekord vurdu məğlubiyyətsizlik seriyasını 39 matça çatdırdı

27 Sentyabr 2026 01:20see231

Barselona onun üçün 80 milyon avro ödəyəcək?

26 Sentyabr 2026 23:57see231

Xəstələri itlərlə müalicə edən azərbaycanlı həkim: “İnsanlar məlumatlı deyillər, heyvanlardan qorxurlar” FOTO+ÖZƏL

26 Sentyabr 2026 21:44see216

Ebru Gündeşin 10 milyonluq əməliyyatın nəticəsi Son halı (Foto)

27 Sentyabr 2026 16:08see214

Müctəba Xameneinin müalicə olunduğu xəstəxana bombalanıb Yeni təfərrüat

27 Sentyabr 2026 10:08see210

Pul əldə etdikdə dəyişən 4 BÜRC

26 Sentyabr 2026 23:10see206

Heç vaxt müflis olmayacaq BÜRCLƏR

27 Sentyabr 2026 03:44see197

Rəqsanənin filtrsiz görüntüsü diqqət çəkdi (Foto)

27 Sentyabr 2026 15:17see197

Vətən müharibəsinin başlamasından altı il keçir Azərbaycanda Anım Günüdür!

27 Sentyabr 2026 01:05see197

“Onun çiyinlərində görmək istədiyimiz o poqonlara inşallah, mən çataram” Videomüsahibə

26 Sentyabr 2026 23:04see196

Heç bir estetik və botoksum yoxdur (Video)

27 Sentyabr 2026 13:48see196

Britaniyada beş nəfər terrorçuluq ittihamı ilə həbs edilib

27 Sentyabr 2026 19:59see193

Fransada insident: Sürücü avtomobili kütlənin üzərinə sürdü

27 Sentyabr 2026 03:26see190

Son 5 mövsümdə “Kəpəz”in ən uğurlu startı

27 Sentyabr 2026 00:35see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri