İrandan ABŞ a gözlənilməz təklif: Sanksiya ləğv edilsə...
Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İran nüvə danışıqları çərçivəsində ABŞ-a böyük iqtisadi razılaşma təklif edib. Tehran sanksiyaların ləğvi müqabilində neft-qaz yataqlarına və aviasiya bazarına çıxışı açmağa hazırdır.
Axar.az xəbər verir ki, bu barədə "Röyters" agentliyi məlumat yayıb.
Məlumata görə, İran Xarici İşlər Nazirliyinin iqtisadi diplomatiya üzrə direktor müavini Həmid Qənbəri bəyan edib ki, gələcək razılaşmanın uzunömürlülüyünü təmin etmək üçün ABŞ həm də yüksək və tez gəlir gətirən sahələrdə birbaşa iqtisadi fayda əldə etməlidir.
O qeyd ki, hazırda tərəflər neft və qaz yataqlarına, dağ-mədən sənayesinə birgə sərmayə qoyuluşu, mülki təyyarələrin alınması məsələlərini müzakirə edirlər:
"Danışıqlarda neft və qaz yataqlarında ortaq maraqlar, birgə yataqlar, mədən sənayesinə investisiyalar və hətta təyyarələrin alınması da daxildir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 16 Fevral 2026 09:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















