İrandan ABŞ nin yeni sanksiya qərarına SƏRT REAKSİYA
Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Rəsmi Tehran ABŞ-nin İran nefti ilə bağlı məhsulların satışı və daşınmasında vasitəçilik etdikləri üçün müxtəlif ölkələrdə 30-dan çox şəxs və gəmiyə qarşı sanksiya tətbiq etmək qərarını pisləyib.
Bakıvaxtı.az İRNA-nın məlumatına görə, bununla bağlı İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai açıqlama verib.
O, ABŞ-nin yeni sanksiyalarının Birləşmiş Millətlər Təşkilatının (BMT) nizamnaməsində göstərilən milli suverenliyə hörmət və millətlərin öz müqəddəratını təyinetmə prinsiplərinə zidd olduğunu bildirib:
"ABŞ-nin atdığı addım ölkələr arasında sərbəst ticarəti tənzimləyən beynəlxalq hüquq qaydalarına ziddir".
Qeyd edək ki, ABŞ Maliyyə Nazirliyi maksimum təzyiq kampaniyası çərçivəsində İranın kölgə donanmasına əlavə sanksiyaların tətbiq edildiyini açıqlayıb. Bildirilib ki, İran nefti ilə bağlı məhsulların satışı və daşınmasını asanlaşdırdığı üçün müxtəlif ölkələrdən 30-dan çox şəxs və gəmi sanksiyalar siyahısına əlavə edilib.
Gülşən Şərif
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 26 Fevral 2025 13:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















