Icma.az
close
up
RU
İrandan ABŞ la bağlı ETİRAF: “Heç bir zəmanət verilməyib” KONKRET

İrandan ABŞ la bağlı ETİRAF: “Heç bir zəmanət verilməyib” KONKRET

Konkret.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

ABŞ tərəfi hələ ki, Tehranın nüvə proqramı ilə bağlı təklif olunan saziş çərçivəsində İrana qarşı sanksiyaların ləğvi üçün heç bir zəmanət verməyib.

KONKRET.az xəbər verir ki, bunu İslam Respublikası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Bəqayi deyib.

O, jurnalistlərin sanksiyaların mümkün ləğvi ilə bağlı suallarını cavablandırarkən, “Təəssüflə bildirirəm ki, bu günə qədər ABŞ tərəfdən sözügedən məsələ ilə bağlı heç bir reaksiya gəlməyib”, deyə vurğulayıb.

Diplomatın sözlərinə görə, İranın ona qarşı qoyulan məhdudiyyətlərin necə aradan qaldırılacağına dair aydın anlayışa ehtiyacı var: “Biz əmin olmalıyıq ki, İran xalqına qarşı tətbiq edilən sərt sanksiyalar həqiqətən də iqtisadi, bank və ticarət sahələrində aradan qaldırılacaq. Keçmiş mənfi təcrübə təkrarlanmamalıdır”.

Bundan əvvəl Ağ Evin mətbuat katibi Karoline Leavitt bildirib ki, ABŞ-ın xüsusi nümayəndəsi Steven Witkoff İran hakimiyyətinə nüvə proqramı ilə bağlı ətraflı və Vaşinqtonun fikrincə məqbul təklif göndərib.

Xatırladaq ki, ABŞ və İran arasında danışıqlar davam edir. Mayın 23-də Omanın vasitəçiliyi ilə Romada məsləhətləşmələrin beşinci raundu keçirilib. Omanın xarici işlər naziri Bədr əl-Busaidinin sözlərinə görə, tərəflər hələ yekun razılıqdan uzaqdır. İran tərəfi növbəti bir-iki görüşdə müsbət nəticənin əldə olunacağına ümid etdiyini bildirib.

Müşviq Tofiqoğlu

KONKRET.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:187
embedMənbə:https://konkret.az
archiveBu xəbər 02 İyun 2025 12:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see384

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see312

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see275

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see265

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see262

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see250

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see250

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see238

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see237

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see225

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see222

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see220

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see214

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see213

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see211

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see210

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see209

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see208

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see199

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri