İrandan Azərbaycana gətirilən narkotiki satmaqda şübhəli bilinən şəxslər tutulub
Operativ MM saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Narkotiklə bağlı tutulan mütəşəkkil dəstənin daha 2 üzvündən 26 kq narkotik vasitə götürülüb.
Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, əvvəllər məhkum olunmuş Rüfət Əhmədov və Abbas Məlikov saxlanılıblar. Onlardan ümumilikdə 26 kiloqram heroin və tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana aşkarlanıb.
Saxlanılan şəxslər narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşları vasitəsilə Biləsuvar rayonu, eləcə də paytaxt ərazisində müxtəlif ünvanlardan, əvvəlcədən müəyyənləşdirilmiş yerlərdən götürərək maddi qazanc müqabilində ayrı-ayrı şəxslərə çatdırmağı planlaşdırıblar.
Saxlanılanların hər biri ölkədə narkotik vasitələrin əsas tədarükçülərindən olublar. Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbirləri seçilib.
Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri fasiləsiz olaraq davam etdirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:143
Bu xəbər 09 Dekabr 2024 12:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















