Icma.az
close
up
RU
İrandan Hörmüzlə bağlı SON DƏQİQƏ açıqlaması

İrandan Hörmüzlə bağlı SON DƏQİQƏ açıqlaması

Bakupost saytından alınan məlumata görə, Icma.az bildirir.


İran Xarici İşlər Nazirliyi bir sıra kütləvi informasiya vasitələrində Hörmüz boğazının guya bağlanması ilə bağlı yayılan sensasion məlumatları rəsmən təkzib edib. Nazirliyin rəsmi nümayəndəsi İsmayıl Bəqai mətbuatda tirajlanan bu iddiaları tamamilə əsassız adlandırıb.

Bakupost.az Musavat.com-a istinadla xəbər verir ki, İsmayıl Bəqai İran Silahlı Qüvvələrinin 18 iyun 2026-cı il tarixli müharibənin dayandırılması barədə memorandumuna uyğun olaraq zəruri tədbirlər gördüyünü bildirib.

Onun sözlərinə görə, kommersiya gəmilərinin Hörmüz boğazından təhlükəsiz keçidini təmin etmək üçün hər bir addım atılıb və hazırda bu strateji marşrut üzrə gəmiçilik normal, adi rejimdə davam etdirilir.

Buna baxmayaraq, beynəlxalq mediada boğaz ətrafında gərginliyin artması ilə bağlı fərqli iddialar yer almaqdadır. Almaniyanın nüfuzlu "Bild" nəşri daha əvvəl məlumat yayıb ki, İran Hörmüz boğazından gəmilərin keçidini məhdudlaşdırıb, hətta ərazidə xəbərdarlıq atəşləri açılıb. İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) radio mesajı vasitəsilə ticarət gəmilərinə boğazdan uzaq durmaları barədə xəbərdarlıq etdiyi iddia olunurdu. Yerli mənbələr isə gəmiçiliyin yalnız əvvəlcədən rəsmi müraciət və Tehranın müəyyən etdiyi xüsusi qaydalara riayət olunmaqla mümkün olduğunu bildirirdi. Lakin rəsmi Tehran bu iddiaların reallığı əks etdirmədiyini bəyan edib.

Digər tərəfdən, ABŞ-nin CNN telekanalının məlumatına görə, Vaşinqton Tehrana İsrailin Livana hücumları davam etdirməməyə razılıq verdiyi barədə mühüm bir mesaj çatdırıb.

Qeyd edək ki, iyunun 19-na keçən gecə İsrail ordusu Livanın cənubunda yerləşən "Hizbullah" qruplaşmasının 80-dən çox hədəfinə (komanda və raket buraxılış məntəqələrinə) intensiv zərbələr endirib, nəticədə 16 nəfər həlak olub.

Bölgədəki bu hərbi gərginlik diplomatik proseslərə də ağır zərbə vurub. Belə ki, bu gün İsveçrədə keçirilməsi planlaşdırılan ABŞ-İran danışıqları qəfil təxirə salınıb. Vaşinqton tərəfi bu addımı logistika çətinlikləri ilə əlaqələndirsə də, "Hizbullah"a bağlı media resursları görüşün gecikməsinin birbaşa İsrailin Livandakı son hərbi əməliyyatları ilə bağlı olduğunu iddia edir.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:194
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 19 İyun 2026 19:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see491

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see382

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see359

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see270

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see256

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see255

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see250

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see246

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see238

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see229

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see228

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see225

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see219

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see218

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see206

Baxçalı Bakıya gəlir? AÇIQLAMA

01 Noyabr 2026 03:27see201

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see198

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see184

Məşhur aktrisa film çəkilişi zamanı nənəsinin ölüm xəbərini aldı

01 Noyabr 2026 02:47see183

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri