Icma.az
close
up
RU
İrandan Suriya ilə bağlı son dəqiqə açıqlaması

İrandan Suriya ilə bağlı son dəqiqə açıqlaması

Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.

İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəkayi Suriyada baş verən hadisələrlə bağlı açıqlama verib.

 O bildirib ki, İranın Suriyada ölkəni fəth etmək, hakimiyyət qurmaq və ya keçmiş imperiyaları canlandırmaq kimi bir məqsədi olmayıb: 

“İranın Suriyadakı mövcudluğu əsaslı və prinsipial olub. İranın Suriyadakı varlığı məsləhət xarakterli olub və heç vaxt müəyyən bir qrupu və ya fərdi müdafiə etmək məqsədi daşımayıb”.

İsrailin son 14 ayda Suriyaya qarşı hücumlarının artdığını bildirən Bəkayi, İranın bir İslam ölkəsi olaraq, bu rejimin Suriya, Yəmən və digər ölkələrə qarşı cinayət və hücumlarını dayandırmaq üçün regional və qlobal səviyyədə hər fürsətdən istifadə etdiyini qeyd edib.

 O, hər bir hökumətin beynəlxalq hüquq normalarını və prinsiplərini qorumaq məqsədilə cinayət və təcavüzü dayandırmaq üçün gücünü istifadə etməklə məsul olduğunu vurğulayıb və bu məsələni İslam Əməkdaşlıq Təşkilatı, Birləşmiş Millətlər və Qahirə zirvəsi səviyyəsində gündəmə gətirəcəklərini bildirib. 

Bəkayi həmçinin qeyd edib ki, İran və digər ölkələr Suriyanın təhlükəsizliyi, sabitliyi və ərazi bütövlüyü ilə bağlı ortaq narahatlıqlara malikdirlər və bu narahatlıqların paylaşılması, Dohada iştirak edən ölkələrin səyləri və narahatlıqları Suriyada belə bir vəziyyətin yaşanmasını əngəlləmək məqsədi daşıyırdı. 

Suriyanın İrana olan borclarının miqyasının şişirdildiyini bildirən Bəkayi, iki ölkə arasındakı ikitərəfli anlaşmaların qüvvədə olduğunu və növbəti hökumətə təhvil veriləcəyini qeyd edib. O, Suriyanın suverenliyinin və ərazi bütövlüyünün qorunması və hərtərəfli bir hökumətin qurulması üçün Suriyada sülh yolu ilə bir keçid dövrünün yaşanmasını ümid etdiklərini bildirib. 

İranın Şamda səfirliyini yenidən açmaq planlarına toxunan Bəkayi, səfirliyin və personalının təhlükəsizliyinin təmin edilməsi də daxil olmaqla hazırlıqların aparılmasının vacibliyini vurğulayıb və təhlükəsizlik və siyasi baxımdan zəruri şərtlər təmin edildikdən sonra bu işin davam etdiriləcəyini bildirib. 

Sonda Bəkayi, İranın Suriya ilə tarixi əlaqələrə malik olduğunu, onun üçün ən yaxşısını istədiklərini və siyasətlərinin bu istiqamətdə davam edəcəyini vurğulayıb

Mehin Mehmanqızı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:206
embedMənbə:https://moderator.az
archiveBu xəbər 17 Dekabr 2024 14:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see337

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see328

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see320

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see264

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see257

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see244

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see242

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see239

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see231

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see222

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see221

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see219

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see217

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see217

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see212

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see205

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see201

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see194

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see186

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri