Icma.az
close
up
RU
İrandan ikibaşlı açıqlama: Paşinyanın təklifi dəstəkləndi, hədəf dəhlizdir

İrandan ikibaşlı açıqlama: Paşinyanın təklifi dəstəkləndi, hədəf dəhlizdir

GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İran xarici işlər nazirinin müavini Məcid Taxt-Rəvançinin Ermənistanın İctimai televiziyasına müsahibəsi diqqət çəkib. XİN rəsmisi Tehranın Bakı və İrəvan arasında sülh sazişinin mətni üzrə razılıq əldə etməsini yüksək qiymətləndirdiyini söyləyib. Həmçinin İranın Ermənistanın Baş naziri Nikol Paşinyanın irəli sürdüyü “Sülh kəsişməsi” layihəsini dəstəklədiyini və onun bir sıra üstünlüklərinin olduğunu deyib. 

Rəvançinin Ermənistanın Avropa İttifaqı (Aİ) ilə əlaqələrini dərinləşdirməsi ilə bağlı suala cavabı isə xüsusi maraq cəlb edib. O, münasibətlərin inkişafının ölkələrin daxili işi olduğunu, Tehranın İrəvanın qərarlarına müdaxilə etmək niyyətində olmadığını bildirib. Bu fikirlər, Erməstanı özü üçün “qırmızı xətt” adlandıran İranın Aİ rəsmilərinin uzun müddətdir sərhəddəki kəşfiyyat fəaliyyətinə səssiz qalması fonunda birmənalı qarşılanmayıb. Həmçinin İranın Zəngəzur dəhlizi ilə bağlı mövqeyini təkrar gündəmə gətirib.

“Sülh kəsişməsi” layihəsini dəstəkləyən, İrəvanın Qərblə yaxınlaşmalarına susan İran, dəhlizlə məsələsində niyə Bakı ilə əks mövqedə dayanır? Tehranın qorxusunun səbəbi nədir?

Globalinfo.az-a danışan siyasi şərhçi Əli Zülfüqaroğlu deyib ki,  Zəngəzur dəhlizinin açılmasına ən böyük maneə İrandır:

“İran Xarici İşlər nazirinin müavini Məcid Taxt-Ravançinin fikirləri rəsmi Tehranın mövqeyinin açıq ifadəsidir və düşdüyü çətin duruma baxmayaraq dəyişmədiyini göstərir. İran mütəmadi olaraq həm ABŞ, həm də Avropa İttifaqının maraqlarına xidmət edən siyasət yürüdüb. Əksər hallarda da bu siyasət Türkiyəyə qarşı olub. İran çalışır ki, türk dünyası güclənməsin və buna görə də Avropa İttifaqının maraqlarının təmin olunmasına razıdır.

Keçmiş prezident Co Bayden dönəmindən fərqli olaraq hazırkı ABŞ administrasiyası Tehrana qarşı sərt siyasət yürüdür. İran Yaxın Şərqdəki mövqelərini itirməkdə davam edir. Amma bütün bunlara rəğmən Azərbaycan və Türkiyəyə qarşı düşmənçilik siyasətindən əl çəkmir”.

Ə.Zülfüqaroğlu əlavə edib ki, İranın Qərbin hazırladığı “Sülh kəsişməsi” layihəsini dəstəklədiyini rəsmən bəyan etməsi real mənzərəni ortaya qoyur:

“Yəni Tehran müsəlman ölkəsi olan Azərbaycanın bir hissəsindən digər hissəsinə maneəsiz gediş gəlişin təmin olunmaması üçün xristian Ermənistanın maraqlarının həyata keçməsinə çalışır. Eyni zamanda Avropa İttifaqı ilə əməkdaşlıqda maraqlı olduğunu önə sürməklə “şeytan”la dostluq etdiyini ortaya qoyur.


Əli Zülfüqaroğlu

İran Prezidenti Məsud Pezeşkianın normallaşma siyasətini əngəlləyən və bunun üçün mütəmadi olaraq SEPAH-a bağlı media tərəfindən təhdid və şantaj xarakterli məlumatlar yayan, həmçinin ali dini liderə qarşı da təsir imkanlarına sahib olan İran idarəçiliyinə hakim radikal mühafizəkar qruplar, əslində həm də İranı fəlakətə sürükləyir və bu ölkənin parçalanması üçün hər şey edirlər

Bu gün Tehran ətrafında həlqə getdikcə daralır. Radikal qrupların müəyyənləşdirdiyi xarici siyasi kurs İranın dünyadakı nüfuzunun daha da zədələnməsinə gətirib çıxarıb. İranın Suriyada konsulluğunun vurulması, HƏMAS-ın keçmiş siyasi rəhbəri İsmayıl Haniyənin Tehranda öldürülməsi, ABŞ Prezidenti Donald Trampın açıq dillə təhdidinin qarşısında verilən qorxaq bəyanatlar yürüdülən yanlış siyasətin nəticəsidir. Husilərə dəstəyin kəsilməsi, İraqda İrana bağlı qüvvələrin tərksilah ediləcəyinə dair yayılan məlumatlar İranın dünya siyasi səhnəsində rüsvayçı duruma düşdüyünü göstərir. Radikal qrupların müəyyənləşdidiyi siyasətin nəticəsi məhz budur”.

Ekspert vurğulayıb ki, İran baş verənlərə rəğmən bölgə ilə bağlı yanlışlarını davam etdirir:

“Halbuki Qərbi bölgəyə Azərbaycan deyil, Ermənistan gətirib. Yəni nə qədər ki, İranın daxilində islahatlar aprılmayacaq, hökumətin diplomatiyası ənənəvi siyasətə, radikalizmə əsaslanacaq, İranın nəinki dünya, eyni zamanda qonşu dövlətlərlə münsibətlərində problemlər aradan qalxmayacaq. Bu siyasət ilk növbədə İran dövlətçiliyini təhdid edir və getdikcə daha təhlükəli vəziyyət yaranır.

Geosiyasi proseslər onu deməyə əsas verir ki, Tehranın hansı siyasi kursu yürüdəcəyindən asılı olmayaraq Zəngəzur dəhlizi açılacaq”.

Turan Rzayev
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 08 Aprel 2025 21:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see351

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see310

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see287

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see276

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see275

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see237

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see237

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see229

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see218

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see218

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see217

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see216

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see207

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see205

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see202

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see199

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see195

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see192

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see183

Müəllim və həkimlərin maaşları nə qədər artacaq?

30 Oktyabr 2026 21:20see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri