Icma.az
close
up
RU
İrandan İsrailə böyük zərbə: Gizli nüvə məlumatı ortaya çıxdı

İrandan İsrailə böyük zərbə: Gizli nüvə məlumatı ortaya çıxdı

Icma.az, News24 saytına istinadən bildirir.

İrana bağlı hakerlərin İsrail nüvə alimlərinə məxsus məxfi məlumatları ələ keçirərək, açıqladığı iddia edilib. İsrail mətbuatında yer alan xəbərlərə görə, bu kiberhücum İsrailin təhlükəsizliyinə böyük təhlükə yaradır.

News24.az xəbər verir ki, İsrailin "Haaretz" qəzetinin məlumatına görə, İran kəşfiyyatı ilə əlaqəsi olduğu iddia edilən hakerlər Təl-Əvivin cənubundakı Sorek Nüvə Araşdırma Mərkəzində çalışan alimin məlumatını dərc ediblər. Sızdırılan sənədlərdə SARAF hissəcik sürətləndiricisi layihəsinin görüntüləri və digər nüvə mütəxəssislərinin adlarının olduğu iddia edilib.

Hakerlərin sözügedən alimin cib telefonu və ya e-mail hesabından məlumat əldə etdiyi bildirilir. Bundan başqa, radiasiya təhlükəsizliyi üzrə ekspert işləyən bu şəxsin pasport şəkli də internetdə paylaşılıb.

İranla əlaqəli hakerlər həmçinin İsrailin ABŞ-da hərbi attaşesi vəzifəsində çalışmış bir məmurun, İsrailin hazırkı səfiri və onların ailələrinin məlumatlarını açıqlayıb. İsrail Müdafiə Nazirliyinin keçmiş baş direktoruna məxsus şəxsi fotoşəkillər və sənədlər də bu kiberhücumun hədəfi olub.

İsrailin Milli Kiber Müdirliyi insidentlə bağlı şərh verməkdən imtina edib və açıqlama təkliflərini Nazirlər Kabinetinə göndərib. İsrailin Daxili Kəşfiyyat Xidməti Şin-Bet hələ bir açıqlama verməsə də, İsrail hökuməti araşdırmalar nəticəsində açıqlanan görüntü və planların İsraildəki bir obyektə aid olmadığını bildirib.

Bu hadisə iki ölkə arasında uzun müddətdir davam edən gərginliyin kiberhücumlarla daha təhlükəli bir ölçüyə keçdiyini göstərir.

Aynurə

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://news24.az
archiveBu xəbər 12 Noyabr 2024 10:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see333

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see316

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see275

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see271

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see259

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see254

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see251

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see251

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see241

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see240

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see235

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see218

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see217

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see215

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see208

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see203

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see200

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see199

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see190

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri