Icma.az
close
up
RU
İrandan mal gətirdi, təhqiqat şöbəsinə getməkdən imtina etdi Mr Kemikal cərimələndi

İrandan mal gətirdi, təhqiqat şöbəsinə getməkdən imtina etdi Mr Kemikal cərimələndi

Qaynarinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Mr Kemikal" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Dövlət Gömrük Komitəsinin (DGK) Təhqiqat şöbəsinə izahat verməkdən imtina edib. 

Qaynarinfo-nun məlumatına görə, MMC İranın "Hamidreza Houshanqi" şirkətindən "Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı" gömrük postundan keçməklə Azərbaycana "qaldırıcı" yük idxal edib. 

Lakin qeyd edilən yük gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada verilməli olan qısa idxal bəyannaməsi təqdim edilməyib. Telefonla danışıq zamanı şirkətin nümayəndəsi bildirib ki, MMC əməkdaşı digər işləri ilə əlaqədar olaraq izahat vermək üçün Təhqiqat şöbəsinə gələ bilməyəcək və İnzibati Xəta Haqqında protokol nümayəndənin iştirakı olmadan tərtib olunsun.

"Mr Kemikal" barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə protokol tərtib olunub və iş məhkəməyə göndərilib. İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən, Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə, vəzifəli şəxslər 1 000 manat, hüquqi şəxslər 1 500 manat məbləğində cərimə edilir. 

Məhkəmənin hökmü ilə şirkət 1500 manat məbləğində cərimə olunub. 

Qeyd edək ki, nizamnamə kapitalı 10 manat olan "Mr Kemikal" MMC-nin qanuni təmsilçisi Quliyev Rizvan Rza oğludur. 

Aydın

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:92
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 07 Oktyabr 2025 15:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see146

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see143

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see135

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri