Icma.az
close
up
RU
“İrandan qaçqın seli bizi və Türkiyəni indidən düşündürməlidir“

“İrandan qaçqın seli bizi və Türkiyəni indidən düşündürməlidir“

Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İranda baş verənlər inqilabdırmı? Düşünürəm ki, deyil. Nəzəriyyə və proqramı olmayan bu cür etiraz forması kütləvi sosial iğtişaş sayıla bilər. Xarici müdaxilə riski böyükdür, bu gerçəkləşərsə rejimin dəyişməsi mümkündür.

Müasir dünya konjonkturasında İranın parçalanması bölgə ilə ən çox bağlantısı olan ABŞ və Böyük Britaniyanın işinə gəlməz. İsrail isə bunu heç istəməz. Necə ki, İraq, Suriya, Əfqanıstan kimi dövlətlər onlarla bölgə avtoritetlərinin əlində qaldılar, hələ də bu elementlər təsir gücünü saxlasalar da, bu ölkələrin hansınınsa parçalanmasına imkan verilmədi. İrana da indidən bu ssenari üzrə baxa bilərsiniz. Bazar mərkəzli burjuaziyanın siyasiləşməsi üçün vaxt lazımdır.

Dinçiliyin inanc formulu ziyalı gildiyasının dialoq çağırışlarını yenə də rahatlıqla basdıracaq. İç savaş çıxması ehtimalı böyükdür. Bütün hallarda bu ölkənin demokratikləşməsi illüziyadan başqa bir şey deyil. Çünki burada əsas sinif dünən də, bu gün də, sabah da ruhani elitası olacaq. Siyasi hakimiyyətdə olmasalar da, əksəri savadsız toplum üzərində molla, seyid, cindarların mənəvi hakimiyyəti hər zaman təsir gücünü qoruyub saxlayacaq. Yəni burada hər zaman Şeyx Nəsrullah çoxluqda, Kefli İsgəndər təklikdə olacaqdır. İran psixologiyasını anlamaq üçün Məhəmməd Əsədin “Məkkəyə gedən yol” əsərini oxumağı tövsiyə edərdim. Bizdəki səfəviçi zehniyyətinin daşıyıcıları ilə İrandakı xomeyniçi-xamneyiçi zehniyyət daşıyıcılarının düşüncələri arasında düz mütənasiblik var. Prosesi Stalinin bizə sırıdığı Güney Azərbaycan mifologiyasından aralanıb təhlil etməsək, oradakı soydaşlarımızı bir daha mənasız hədəflərə yönəldə bilərik.

İranda indiki prezidentin öncüllüyü ilə dini, siyasi, milli və sosial siyasətdə islahatlar aparılması mümkün görünmür. Çünki hər hansı bir islahat molla hakimiyyətinin məhdudlaşdırılması və hüquqa bağlanması deməkdir ki, buna əlində böyük maddi və insan resursu olan təbəqənin imkan tanıması inandırıcı deyil. Demək ki, rejim dəyişikliyi elitanı bütövlükdə süpürüb ata bilər. O halda şəriət hüququna dayanmayan respublikadan daha çox, monarxiyanın bərpası mümkündür. Bu gün İrandakı hadisələri şərh edən bütün subyektlər kimi, mənim də İranın daxili ünsürləri, onların real təsir gücü barədə yetkin bilgim yoxdur, sadəcə Azərbaycan dövlətinin mənafeyini düşünən bir siyasətçi kimi öz baxışımızın necə ola biləcəyini müəyyənləşdirməyə çalışıram. Bizim üçün əsas gözlənti İranda dünyəvi dövlətin qurulmasıdır. Bunu İran burjuaziyası da qura bilər, şah monarxiyası da təmin edə bilər – bizim üçün elə də fərqi olmamalıdır. Öncəlik İranın dinçi-məzhəbçi faşizmdən qurtuluşudur. Bu, həm də bizim dövlətin alt qatlarında yerləşən İran ideoloji virusunun təmizlənməsi üçün imkan yaradacaq. Prinsip etibarilə hər hansı bir dünyəvi dövlətin bu cür xəstə ideologiyanın yayılmasına bu qədər vəsait xərcləməyə marağı olmamalıdır. 

Artıq bütün qonşularla praqmatik maraqlar üzərindən münasibət qurulması üçün qarşıda bir əngəl qalmayacaq. İkinci baxışımız İranın ərazi bütövlüyünün pozulmamasıdır. Təbii ki, oradakı soydaşlarımızın milli haqlarının əsas komponentlərinin tanınması arzuolunandır, ancaq unutmayaq ki, maraqlı dövlətlər İraq və Suriyada olduğu kimi əsas müttəfiqliyi kürd amili üzərindən gerçəkləşdirməyə çalışacaqlar və bu, azərbaycanlıların maraqlarına ciddi zərbə vura bilər. Ona görə də indidən kürdlərin irəli gələnləri ilə bir-birinin maraqlarına toxunulmaması barədə anlaşmaya varılması qarşıdurma riskini azalda bilərdi. Üçüncü isə, iç savaş çıxacağı təqdirdə qaçqın selinin nizamlanması indidən bizi və Türkiyəni düşündürməlidir. Əlbəttə, soydaşlarımıza dəstək verməliyik, ancaq heç bir halda daxili təhlükəsizliyimizi təhdid edəcək proseslərə imkan tanımamalıyıq.

Son açıqlamalar göstərir ki, ABŞ İrandakı hadisələrdə rejimə qarşı tərəf rolunda olduğunu açıq bəyan edir və bu, hadisələrin dramatizminin artması üçün yetərincə önəmli əsasdır. Bəs sahəyə eniş olacaqmı? Bu cür sualın cavabını öncədən Güney Amerikada Maduronun bilmədiyi kimi, bizim bölgədə də kimsə bilməz.

Fazil Mustafa,

Millət vəkili

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:95
embedMənbə:https://moderator.az
archiveBu xəbər 12 Yanvar 2026 08:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see146

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see143

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see135

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri