Icma.az
close
up
RU
İrandan qəti addımlar: Trampın fətvası verildi

İrandan qəti addımlar: Trampın fətvası verildi

Icma.az bildirir, Azvision saytına əsaslanaraq.

Ayətullahın rəsmi saytında yayımlanan fətvada vurğulanır ki, bu fətva "bir qrup möminin müraciətinə" cavabən verilib.
"İslam ümmətinə, onun suverenliyinə zərər vurmaq məqsədilə rəhbərlik və hakimiyyəti hədələyən, yaxud ona hücum çəkən istənilən şəxslə müsəlmanların və islam dövlətlərinin hər cür əməkdaşlığı qadağandır. Dünyadakı bütün müsəlmanlar istəyirlər ki, bu düşmənlər öz sözlərindən və səhvlərindən peşmanlıq çəksinlər", - fətvada vurğulanır.

İranın şəriət qanunlarına əsasən, fətvada göstərilən hərəkətlərə yol vermiş şəxslərin edamla öldürülməsinə icazə verilir. Beləliklə, Məkarim Şirazi bu fətva ilə həm Donald Trampın, həm də Benyamin Netanyahunun öldürülmələri üçün dolayı hökm çıxarıb.
Digər tərəfdən, İran İslam Şurası Məclisi (parlament) də ABŞ və İsrailin, habelə digər "düşmən rejimlər"in lehinə casusluq fəaliyyəti göstərməyə, eyni zamanda, bu ölkələrlə əməkdaşlıq əlaqələri yaratmağa görə cəzaları sərtləşdirən yeni qanunu təsdiqləyib. Qanuna əsasən, barəsində sözügedən ittihamlar irəli sürülən şəxsləri birbaşa edam gözləyəcək.
Yeni qanun adıçəkilən ölkələrlə istər hərbi, istərsə də iqtisadi əməkdaşlığı, eləcə də kiberhücumları və texnoloji avadanlıq mübadiləsini əhatələyir. Ölkənin təhlükəsizliyinə xələl gətirən siyasi fəaliyyətlərə, mətbuat çıxışlarına görə isə 15 ilədək həbs cəzası nəzərdə tutulur. "Starlink" kimi İranda lisenziyasız internet cihazlarından istifadə halında 2 ilədək, bu cihazların kütləvi yayılmasına görə isə 10 ilədək həbs cəzası gözlənilir.
Tramp İranla danışıqları dayandırıb?
Məlumat üçün bildirək ki, əvvəllər bu cür cinayətlər törətmiş şəxslərə 1 ildən 10 ilədək həbs cəzası verilirdi və ABŞ rəsmi surətdə "düşmən dövlət" sayılmırdı.
Xatırladaq ki, iyunun 13-dən etibarən İsrail və İran arasında qarşılıqlı raket hücumlarına əsaslanan gərgin münaqişə başlayıb. İsrail əsasən İran ərazisindəki nüvə və raket obyektlərini hədəfə alaraq sıradan çıxarıb, İran isə əsasən İsraildəki yaşayış məntəqələrinə raket buraxıb. ABŞ-nin, şəxsən Prezident Donald Trampın müdaxiləsi nəticəsində tərəflər arasında atəşkəs qüvvəyə minib. 12 günlük müharibə ərzində hər iki ölkədə çoxsaylı mülki insan itkisi baş verib, o cümlədən İranın bir sıra ali hökumət və ordu nümayəndələri həyatını itirib.
Firudin Həmidli
AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:112
embedMənbə:https://azvision.az
archiveBu xəbər 30 İyun 2025 16:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see614

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see315

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see305

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see298

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see294

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see293

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see281

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see265

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see260

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see252

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see247

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see238

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see233

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see233

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see233

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see229

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see229

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see227

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see225

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see214
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri