Icma.az
close
up
RU
İrandan TƏHLÜKƏLİ ADDIM ABŞ yenidən hücuma keçə bilər

İrandan TƏHLÜKƏLİ ADDIM ABŞ yenidən hücuma keçə bilər

Bizim media saytına istinadən Icma.az xəbər verir.

12 günlük müharibə nəticəsində aldığı ağır zərbələrdən nəticə çıxarmayan İran nüvə proqramı üzrə danışıqlardan da qaçmağa çalışır. Belə ki, həmin savaşdan üzü bəri bu istiqamətdə hər hansı bir danışıqlar baş tutmayıb.
İran xarici işlər nazirinin müavini Səid Xətibzadə isə bu günlərdə mətbuata açıqlamasında bildirib ki, İran nüvə proqramı üzrə danışıqları artıq Böyük Britaniya, Almaniya və Fransanın da daxil olduğu “Avropa üçlüyü” ilə aparmayacaq.
Diplomat bu qərarın Avropa ölkələrinin BMT Təhlükəsizlik Şurasının İrana qarşı sanksiyalarını bərpa etmələrinə cavab olaraq atıldığını deyib.
Qeyd edək ki, sentyabrın 26-da BMT Təhlükəsizlik Şurası Rusiya və Çinin İrana qarşı sanksiyaların təxirə salınmasını daha altı ay uzatmaq üçün təklif etdiyi qətnamə layihəsini rədd edib.
Proses onu göstərir ki, İran nüvə məsələsi ətrafında danışıqlarda maraqlı deyil. Ona görə də danışıqlardan imtina etməklə vaxtı uzatmaqla məşğuldur.
Belə vəziyyət isə, heç də ABŞ-ın maraqlarına cavab vermir. Nəticədə Tehranın bu mövqeyi yenidən onun “başının ağrıması”na səbəb ola bilər. 
Mövcud durumda ABŞ Trampın vəd etdiyi kimi İrana növbəti zərbələr endirəcəkmi?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Arzuxan Əlizadə düşünür ki, Tehranın sözügedən üçlüklə danışıqlardan imtinası ona qarşı Qərb tərəfindən hansısa ciddi addımların atıla biləcəyi ehtimalını artırmır:
“İranla Böyük Britaniya, Fransa və Almaniya arasında hələ avqust ayında nüvə danışıqlarına başlamaqla bağlı ilkin razılıq əldə olunmuşdu. Ancaq sonradan proses uzandı və nəhayət İran bu ölkələrlə nüvə danışıqlarından imtina etdiyini bildirdi. Bununla belə, Tehranın bu imtinası ona qarşı Qərb tərəfindən hansısa ciddi addımların atıla biləcəyi ehtimalını artırmır”.
Həmsöhbətimiz hesab edir ki, daha çox ABŞ-la olan münasibətlər İrana qarşı ciddi sanksiyalar və addımların atılıb-atılmayacağını müəyyənləşdirəcək:
“İki gün bundan əvvəl Tramp verdiyi açıqlamada bildirdi ki, Tehran Vaşinqtonla danışıqlardan imtina etmir. Tramp onu da qeyd edib ki, İranın nüvə potensialı tamamilə sıradan çıxarılıb və hazırkı dönəmdə Tehranın nüvə silahı istehsal etmək imkanı yoxdur. Onda bu imkan yaranarsa və belədə danışıqlardan tam imtina edərsə, yalnız bu halda ABŞ və İsrail tərəfindən Tehrana qarşı həm sanksiyalar bir qədər də sərtləşəcək, həm də molla rejimi növbəti zərbələrə tuş gələcək.
Kəşfiyyat məlumatları Tehranın nüvə silahı istehsal etmək üçün növbəti addımlar atdığını müəyyənləşdirsə, İranın növbəti dəfə vurulması ehtimalı kifayət qədər yüksəkdir. İstənilən halda görünən odur ki, Tramp prosesi diqqətdə saxlayır”.
Rüfət Sultan, Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:187
embedMənbə:https://bizim.media
archiveBu xəbər 18 Noyabr 2025 16:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri