İrandan Türkiyəyə daha bir raketin atıldığı iddia edilir
Icma.az, Yeniavaz portalına istinadən məlumatı açıqlayır.
İrandan atılan raketin Türkiyənin Adana vilayətindəki İncirlik Hərbi Hava Bazasını hədəf aldığı bildirilir.
Yeniavaz.com xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
İddiaya görə, sözügedən raket NATO qüvvələri tərəfindən havada zərərsizləşdirilib.
Bildirilir ki, sözügedən hücum təhlükəsi səbəbilə Adanada saat 03:25-də (Bakı vaxtı ilə 04:25) həyəcan siqnalı çalınmağa başlayıb və təxminən 5 dəqiqə davam edib.
Türkiyənin Milli Müdafiə Nazirliyi iddialarla bağlı heç bir rəsmi açıqlama verməyib.
Qeyd edək ki, İrandan daha əvvəl Türkiyə istiqamətində iki dəfə raket atılıb. Onların hər ikisi hədəfə çatmamış NATO qüvvələri tərəfindən havada zərərsizləşdirilib.
Bu mövzuda digər xəbərlər:İrandan Türkiyəyə atılan raketin görüntüləri Video
09 Mart 2026 20:48
Ərdoğan İrandan atılan raketin Türkiyəyə düşməsinə münasibət bildirdi
04 Mart 2026 22:28
Azərbaycan MN dən İrandan Türkiyəyə raketin atılmasına reaksiya
09 Mart 2026 17:01
İrandan Türkiyəyə atılan ballistik raketin qalıqlarının GÖRÜNTÜLƏRİ VİDEO
09 Mart 2026 17:00
Səfir iddia edir: Türkiyəyə raket İrandan atılmayıb
13 Mart 2026 22:21
Baxış sayı:116
Bu xəbər 13 Mart 2026 10:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















