İrandan Yaxın Şərq ölkələrinə ABŞ yə dəstəklə bağlı xəbərdarlıq
Icma.az bildirir, Yeniavaz portalına istinadən.
İran Tehranla Vaşinqton arasında hərbi əməliyyatların yenidən başlaması halında Yaxın Şərq ölkələrindən ABŞ-yə dəstək verməkdən imtina etmələrini tələb edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “RİA Novosti”yə İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü Fədə-Hüseyn Maleki danışıb.
“Region ölkələrinə ultimatum verilib və onlardan ABŞ-yə istənilən formada dəstəyi dayandırmaq tələb olunub. 40 günlük müharibə zamanı ABŞ-nin İrana hücum etmək üçün istifadə etdiyi bazaların yerləşdiyi ölkələrin ərazilərindəki həmin obyektlərə zərbələr endirirdik”, – deyə Maleki bildirib.
Onun sözlərinə görə, hərbi əməliyyatlar yenidən başlayacağı təqdirdə Tehran regionda hansı ərəb və digər dövlətlərin ABŞ hərbi qüvvələrinə dəstək verməyə hazır olduğunu müəyyən edə biləcək. Maleki bildirib ki, İran tərəfi müvafiq məlumatı əvvəlcədən həmin ölkələrə çatdırıb və hazırda vəziyyətin inkişafını izləyir.
“ABŞ qüvvələrinə dəstək veriləcəyi təqdirdə İranın cavabı həmin dövlətlərin ərazisində yerləşən hərbi obyektlərə zərbələr endirməklə məhdudlaşmaya bilər. Tehran bu ölkələri düşmən dövlətlər kimi tanıya bilər”, - Maleki deyib.
Bu mövzuda digər xəbərlər:İrandan Yaxın Şərq ölkələrinə yeni ittifaq çağırışı Reallaşa bilərmi?
30 Mart 2026 12:19
İrandan Avropa ölkələrinə Xəbərdarlıq
04 Mart 2026 11:04
İran ABŞ və Yaxın Şərq ölkələrinə xəbərdarlıq edib
20 Sentyabr 2026 18:51
İran Yaxın Şərq ölkələrinə xəbərdarlıq etdi
24 İyul 2026 00:35
Yaxın Şərq ölkələrinə getməyin!
24 İyun 2025 08:15
Baxış sayı:184
Bu xəbər 23 Oktyabr 2026 09:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















