İRANDAN YƏHUDİLƏRƏ VƏ TELEKANALLARA QAÇIN XƏBƏRDARLIĞI: Hədəf dairəsi genişlənəcək
Mia.az saytına istinadən Icma.az xəbər verir.
İran israillilərə ölkələrindən qaçmağa çağırış edib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin sözçüsü Rza Səyyad bəyanat verib.
O, yəhudiləri İsraili tərk etməyə çağıraraq, bunun onların həyatını xilas etməyin yeganə yolu olduğunu iddia edib: "Siz işğal olunmuş torpaqlarda yaşayırsınız, oranı tərk edin, canınızı qurtarmağın yeganə yolu budur".
Mətbuat katibi İsrailin hücumlarına “əzici cavab" verməkdən başqa çarələrinin qalmadığını deyib: “Cəsur İran döyüşçülərinin dağıdıcı cavabının əhatə dairəsi, şübhəsiz ki, bütün işğal olunmuş əraziləri əhatə edəcək”.
O, indiyədək başda israilin hərbi, təhlükəsizlik və qərar mərkəzlərinin hədəf alındığın, lakin İsrailin mülki bina və əhalini bombalamasıı xatırladaraq, eyni addımı atacaqlarını açıq dilə gətirib: "Cinayətkar rejimin sizdən canlı qalxan kimi istifadə etməsinə icazə verməməlisniz. Sizin sığınacaqlarda olmanız da təhlükəsizliyinizi təmin etməyəcək. Ən doğru yol ölkədən qaçışınızdır...".
Yeri gəlmişkən, İsrailinİran Dövlət Televizyasının binasını vurmasından sonra Tehran rejimi də Tel-Əvivə daha bir analoji hücum xəbərdarlığı edib.
İran ordusu çox açıq şəkildə İsrailin Kanal 12 və Kanal 14 telekanallarının əməkdaşlarına binalarını tərk etməyə çağırıb.
Firudin SƏFƏRLİ
MİA.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 17 İyun 2025 00:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















