Icma.az
close
up
RU
İranı qorxudan həqiqət: Güclü Azərbaycan, balansı dəyişən Türkiyə faktoru

İranı qorxudan həqiqət: Güclü Azərbaycan, balansı dəyişən Türkiyə faktoru

Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Prezidentin köməkçisi Hikmət Hacıyevin bir neçə günlük səfəri və orda müxtəlif statuslu şəxslərlə görüşü İranla yaranmış gərginliyin aradan qaldırılmasına və münasibətlərin normallaşmasına yönəlib. Həmçinin, dövlətimizin bütün qonşularla, region ölkələri ilə bərabər hüquqlu əməkdaşlıq qurmaq siyasətinin göstəricisidir”

Bunu Moderator.az-a açıqlamasında Ana Vətən Partiyası sədrinin müavini, politoloq Yalçın Hacızadə deyib. 

Politoloqun sözlərinə görə, təəssüflər olsun ki, İranda fars, molla rejiminin Azərbaycana münasibəti heç vaxt səmimi olmayıb:

“Bizə münasibətdə xarici siyasətləri də mehriban qonşuluq, dostluq qaydalarına uyğun qurulmayıb. Hər zaman müxtəlif yollarla ölkəmizə qarşı təsir etməyə çalışıblar. Etiraf etməsələr də Ermənistana hər zaman dəstək veriblər. Torpaqlarımızın işğalı dövründə Ermənistanın İranın köməkliyi ilə blokadadan çıxa bilib ki, bu da Azərbaycan torpaqlarının işğalda qalması müddətini uzadıb. Halbuki, xristian ölkəsi olan Gürcüstan Azərbaycanın təklifi ilə Ermənistanın silahlanmasının qarşısının alınması üçün öz quru və hava ərazisindən silah daşınmasına icazə vermədi. Ermənistan tərəfindən işğal olunmuş ərazilərimizdə infrastrukturunun məhv edilməsində, yaşayış və istehsal sahələrinin xarabalığa çevrilməsində, cənub qonşumuzun “böyük rolu” var. Özünü din “təəsübkeşi”   göstərən İran nədənsə işğal olunmuş ərazilərimizdəki məcidlərin ermənilər tərəfin dağıdılmasına, donuzların saxlanılmasına reaksiya vermir. Üstəlik həmin ölkəni qoruyacağını bəyan edir”.

Politoloq vurğulayıb ki,  İran Azərbaycanda dünyəvi, demokratik, hüquqi dövlətin yaranmasına, inkişafına hər zaman qısqanclıqla yanaşıb:

“Öz dini “düşüncəsini”, molla rejimini ölkəmizə ixrac etməyə çalışıb. Bu məqsədlə Azərbaycan vətəndaşları İranda təhsil adı altında müxtəlif dini radikal qruplara üzv olunaraq təlimatlandırılıb, ölkəmizə qarşı təxribat xarakterli əməllərin törədilməsinə yönəldiliblər. İran Kəşfiyyatı tərəfindən ölkəmizə qarşı dəfələrlə təxribatlar törədilib.

İran Azərbaycanın 30 il işğal altında qalmış torpaqlarını işğaldan azad edilməsi ilə regionda yaranan yeni siyasi vəziyyəti qəbul edə bilmir. Açıq şəkildə Ermənistanı müdafiə edərək, regionda sülhün bərqərar olmasına mane olur. Azərbaycan sərhəddində 1960-70-ci illərdən qalmış silahları ilə təlim keçirərək, təhdid edib. Yəni İran ağlını, diqqətini, gücünü və enerjisini ölkəsindəki mövcud ağır problemləri aradan qaldırmağa sərf etmək əvəzinə, ənənəvi vərdişlərindən əl çəkmir”.

Y.Hacızadə onu da əlavə edib ki, Azərbaycanın qüdrətinin artması, xüsusən də Türkiyə ilə birlikdə regionda tarazlığı dəyişməsi İranın qorxusunu artırıb:

“İran açıq şəkildə bu dəyişikliyi öz təhlükəsizliyinə təhdid kimi görür. O, Azərbaycanın öz ölkəsində yaşayan 35 milyondan artıq azərbaycanlı üçün cazibə mərkəzi olmasından çox narahatdır.

İranın rəsmi mediası Azərbaycanın əleyihinə şər-böhtan xarakterli məlumatlar yayır. Azərbaycan dövlətinə qarşı fəaliyyət bu kanalların əsas mahiyyəti olub.

Bütün bunlardan İranın vaz keçməsi mənə inandırıcı gəlmir. Sadəcə olaraq bu gün İran beynəlxalq sanksiyalara, diskiriminasiyaya daha çox məruz qalıb. Eyni zamanda, ABŞ-də Trampın yenidən hakimiyyətə gəlməsi İran üçün yaxşı nəsə vəd etmir. İran ola bilsin ki, bunlara görə bizlə münasibətlərini yaxşılaşdırmaq istəyir kimi görünməyə çalışır.

Hikmət Hacıyevin İranda bildirdiyi kimi, biz veç vaxt İrana təhdid olmamışıq. Buna görə bizə təhdid edən, təzyiq göstərməyə çalışanlar da olub. Amma Azərbaycan dövləti qonşuları ilə xoş münasibətlərdə maraqlıdır. Biz hətta 30 il torpaqlarımızı işğalda saxlamış Ermənistanla da münasibətlərin bərpasına, sülhün yaranmasına çalışırıq".

"İranla münasibətlərimizin yaxşılaması hər iki ölkə ilə yanaşı regionumuz üçün də çox faydalı olar. Əlaqələrimizin inkişafı üçün geniş imkanlar var. Hər iki ölkə önəmli coğrafi mövqedə yerləşir. İranın bizə baxışı dəyişərsə münasibətlərimiz inkişaf edə bilər.

Zəngəzur dəhlizinin açılması ilə bağlı İranın yumşalacağını hesab etmirəm. Çünki İranın bu layihənin əleyihinə olması da qeyri-səmimiliyidir. Zənəgəzur dəhlizin açılmasını regionun sərhədlərinin dəyişəcəyi, başqa qüvvələrin regiona gələcəyi kimi qiymətləndirən İran, nədənsə Ermənistanla Amerika arasında imzalanan strateji müttəfiqlik xartiyasına və ya Avropa Birliyinin “Mülki qüvvələr” adı altında Ermənistanda yerləşən silahl, kəşfiyyat qrupunun olmasına söz demir”,- deyə Yalçın Hacızadə şərh edib.

Mehin Mehmanqızı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://moderator.az
archiveBu xəbər 04 Fevral 2025 14:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see272

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see215

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see195

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see168

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see162

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see159

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see153

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see152

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see148

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see144

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see143

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see140

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see139

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see138

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see135

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see133

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see133

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see129

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see127

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri