Icma.az
close
up
RU
İranın Azərbaycana qarşı təxribatçı ritorikası: Rəsmi Tehran özünü yenə təkzib etdi

İranın Azərbaycana qarşı təxribatçı ritorikası: Rəsmi Tehran özünü yenə təkzib etdi

Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İran Parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin sədri İbrahim Azizi İsrailin guya Azərbaycan ərazisindən İrana qarşı istifadə etməsi ilə bağlı təxribatçı açıqlama verib. Onun bu iddiası daha əvvəl İran rəsmilərinin Azərbaycan ərazisindən İsrailin hər hansı əməliyyat keçirməsinə dair təkzib mövqeyi ilə ziddiyyət təşkil edir. Çünki İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai və digər rəsmilər qonşu ölkələrin İrana qarşı hücumlar üçün öz məkan və ərazilərini bağlı saxladıqlarını bildiriblər. Deməli, bu ziddiyyətli mesajlar İran hakimiyyətindəki fikir ayrılıqlarını və diplomatik koordinasiyanın çatışmazlığını göstərir.

Bir dövlətin mövqeyində belə ziddiyyətlərin baş verməsi isə qərar qəbuletmə mexanizmlərinin və ümumiyyətlə həmin dövlətin zədələnməsinə işarədir. Bu cür təkrarlanan və bir-birini təkzib edən açıqlamalar həm də İran-Azərbaycan münasibətlərindəki gərginliyi yenidən artırır. Halbuki Azərbaycan hər zaman bu iddialara qarşı diplomatik və balanslı reaksiya verib, hava məkanının və ya ərazisinin hər hansı dövlət tərəfindən digər ölkəyə qarşı hərbi əməliyyatların aparılması üçün istifadə edilmədiyini bildirib. Bütün bunların fonunda başqa bir iranlı rəsminin yenidən sərsəmləməsi İranın dövlət siyasətinin hansı acınacaqlı səviyyədə olduğunu göstərir.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, deputat Nəsib Məhəməliyev Oxu.Az-a açıqlamasında bildirib ki, İran parlamentinin təhlükəsizlik komitəsinin sədrinin açıqlaması təxribat xarakterli cəfəngiyyatdır:

"Həmin yaramaz dəqiq bilir ki, nə 12 günlük müharibədə, nə də ondan sonra Azərbaycan İsrailə öz ərazisindən istifadəyə icazə verməyib. Bu barədə İran Prezidenti Pezeşkianın, keçmiş spiker Əli Laricaninin rəsmi bəyanatları var".

"Bu tipli açıqlamaların əsas qaynağı Ali Rəhbər Əli Xameneinin rəhbərlik etdiyi mühafizəkar kəsimdir. Torpaqlarımızın işğaldan azad olunmasını, Ermənistanla sülh danışıqlarında əldə olunan uğurları, Zəngəzur dəhlizinin açılması istiqamətində atılan addımları həzm edə bilməyən molla rejimi məhz Xameneinin xeyir-duası ilə ölkəmizə qarşı aqressiv davranışları ilə seçilir. Bir tərəfdən prezident və onun komandası Azərbaycanla münasibətlərin normallaşmasında maraqlı olduqlarını, İran üçün faydalı olacağını bəyan edir, indiyə qədər İranın apardığı siyasətin yanlış olduğunu bildirirlər, digər tərəfdən isə mollalar düşmənçilik, konfrontasiya mövqeyi tuturlar. Bu da İran dövlət idarəetmə sistemindəki ikitirəliklə bağlıdır", - deyə parlamentari vurğulayıb.

Müsahibimiz əlavə edib ki, arxaik təfəkkürlü mollalar İranda hakimiyyətdə əsas söz sahibi olduğu müddətdə belə də davam edəcək:

"Regional və geosiyasi aspektdən yanaşsaq, aydın görünür ki, İran molla rejimi yarandığı gündən bəri heç nə dəyişməyib. Onların siyasətinin kökündə islam dininin parçalanması, türk dünyasına nifrət dayanır. Üzdə başqa cür görünsələr də, alt qatlarda qlobal güclərin ssenarilərini həyata keçirirlər".

Mərahim Nəsib

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:103
embedMənbə:https://oxu.az
archiveBu xəbər 01 Sentyabr 2025 14:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see271

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see250

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see248

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see245

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see213

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see192

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see180

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see178

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see177

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see164

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see163

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see162

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see160

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see154

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see151

Borussiya dan qələbə, Ayntraxt uduzdu

14 Yanvar 2026 03:20see140

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see138

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see137

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see136

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri