Icma.az
close
up
RU
İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilun: “İki dost, qardaş xalqa xidmət göstərmək mənim üçün böyük fəxrdir” ANONS

İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilun: “İki dost, qardaş xalqa xidmət göstərmək mənim üçün böyük fəxrdir” ANONS

525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İran İslam Respublikasının (İİR) Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Müctəba Dəmirçilunun “525-ci qəzet”ə müsahibəsindən:

* Həm Bakıda, həm ümumiyyətlə, Azərbaycanda çox dəyişiklik baş verib. Paytaxt genişlənib, yeni tikililər, avtomobillərin sayının artdığı ilk baxışdan görünür. Eyni zamanda, quruculuq işləri həm Bakıda, həm azad olunmuş ərazilərdə aparılır. Ən böyük dəyişiklik odur ki, Azərbaycan işğaldakı torpaqlarını azad edib, suverenliyini və ərazi bütövlüyünü bərpa edib.

* Mən münasibətlərimizi qənaətbəxş hesab etmirəm, çünki gözləntilərim daha böyükdür. Bir-birinə müxtəlif cəhətlərdən bu dərəcədə yaxın olan iki ölkə tapa bilməzsiniz. O qədər müştərək bağlantılar, dərin köklərimiz var ki, buna görə də gözləntilərimiz də çox üstündür.

* Əlaqələrimizdə bəzi çətinliklər olub, hesab edirəm ki, hələ də var. Həmçinin iki xalq arasında gediş-gəliş məsələsini vurğulamaq istəyirəm.

* Mədəniyyət sahəsində əlaqələrimizin səviyyəsi çox aşağıdır. Əvvəllər qarşılıqlı olaraq müxtəlif tədbirlər, mədəniyyət günləri, şeir gecələri, festivallar keçirirdik, jurnalistərin qarşılıqlı səfərləri təşkil edilirdi. Çalışmalıyıq ki, qeyd etdiyim müştərək məsələlər əsasında əlaqələrimizi yüksəldək.

* Xoşbəxtlikdən bizim ölkələrimizin prezidentləri arasında çox səmimi və yaxın əlaqələr mövcuddur. Bu, bizim üçün çox yaxşı fürsət və imkandır. Əlbəttə ki, əlaqələrimizin inkişafında bu çox mühüm rol oynayır.

* Tamamilə razıyam ki, biz eyni zamanda dostluq əlaqələrimizə mənfi təsir göstərən qüvvələrin qarşısını almaq üçün səy göstərməliyik. Həmin qüvvələr həm daxildə, həm xaricdə var. Amma biz bunu əsas götürməməliyik.

* Bu yaxınlarda İran İsrailin hərbi təcavüzünə məruz qaldı. Çox ölkələr dərhal bununla bağlı öz mövqelərini bildirdilər, bunu pislədilər. Azərbaycan da baş verənləri tənqid etdi və biz bunu əsas götürürük. Ən yüksək səviyyədə bəyan edildi ki, heç bir qüvvəyə Azərbaycan ərazisindən İrana qarşı istifadəyə imkan verilməyib, gələcəkdə də bu imkan verilməyəcək. Bu mövqe bizim üçün çox önəmli və dəyərlidir.

* İran illərdir ki, çoxsayda sanksiyalara məruz qalıb və çıxış yolunu da tapa bilib. İrana gedəndə hiss olunmur ki, sanksiyalara məruz qalmış bir ölkədir. Yüksək səviyyəli texnologiya istifadə edilməklə əldə olunan məhsullar ölkənin elmi cəhətdən malik olduğu yüksək bacarığını göstərir.

* İranda elə bir şəxs tapa bilməzsiniz ki, regiondakı sülh və sabitlik prosesləri ilə razılaşmasın. Regionda nəqliyyat dəhlizlərinin açılması və kommunikasiyaların inkişafı məsələsi də ölkələrin və regionun iqtisadi inkişafı üçün önəm daşıyır.

MÜCTƏBA DƏMİRÇİLUN İLƏ MÜSAHİBƏNİN TAM VARİANTINI “525-Cİ QƏZET”İN SABAHKI SAYINDA OXUYA BİLƏRSİNİZ!

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:53
embedMənbə:https://525.az
archiveBu xəbər 09 Sentyabr 2025 16:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see271

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see209

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see209

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see187

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see170

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see160

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see160

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see160

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see158

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see157

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see152

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see149

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see147

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see146

Bu problemi olanlar, yumurta sarısına “yox” desin

23 Yanvar 2026 22:23see145

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see144

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see142

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see139

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see139

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri