Icma.az
close
up
RU
İranın Bakıdan ABSURD gözləntisi Tehran qəzeti yazır ki…

İranın Bakıdan ABSURD gözləntisi Tehran qəzeti yazır ki…

Turkstan.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İranın "Xabaronline" qəzetinin dərc etdiyi məqalədə qeyd olunur ki, "Hörmüz boğazının bağlanması vacibdir, amma kifayət deyil. Neft bazarı yalnız real təchizat ətrafında fırlanmır, gözləntilərdən təsirlənir. Əgər fasilələr cəmi bir neçə gün, bir və ya iki həftə davam edərsə, bazar ehtiyatlar, alternativ yollar və psixoloji idarəetmə sayəsində şoku müəyyən dərəcədə udacaq”.

Tehranda fəaliyyət göstərən nəşrin yazısında Azərbaycanın adı çəkilir. “2025-ci ildə Azərbaycandan İsrailə neft idxalı əvvəlki illə müqayisədə 31% artaraq gündə 94.000 barelə çatıb. Azərbaycan nefti İsrailin ümumi neft idxalının 46,4%-ni təşkil edir ki, bu da misli görünməmiş bir rəqəmdir. Sadə dillə desək, İsrailin idxal etdiyi neftin demək olar ki, hər ikinci barelindən biri Azərbaycandan gəlir.

Əgər bu marşrut pozularsa, bu, İsrailin neft emalı zavodlarına, daşınmasına, son qiymətlərə və təchizat təhlükəsizliyinə birbaşa təsir göstərəcək. Xəzər dənizinin bu baxımdan üstünlüyü ondan ibarətdir ki, Fars körfəzindən fərqli olaraq, o, birbaşa və yaxın ABŞ nəzarəti altında deyil. Marşrutların coğrafi məsafəsi, əməliyyat mürəkkəbliyi və çoxqatlı təbiəti o deməkdir ki, məhdud, lakin dəqiq hərəkətlər Hörmüz boğazının qısamüddətli blokadasından daha çox çəkindirici təsirə malik olacaq”.

Yazıda cəfəng fikirlərə yol verilərək, yenə də əsassız ittihamlar irəli sürülüb. Guya İsrailin İrana qarşı müharibədə Azərbaycan ərazisindən və kəşfiyyat infrastrukturundan istifadə edilib. Halbuki Tehran rəsmiləri dəfələrlə bəyan edib ki, Azərbaycan ərazisindən istifadə olunması faktı qeydə alınmayıb. Amma yenə də İran rejiminə bağlı media resursları boşboğazlığı davam etdirir.
Məqalədə deyilir ki, Türkiyəyə də ehtiyatla yanaşmaq lazımdır: “Xəzər dənizindən çıxarılan Azərbaycan nefti Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə Ceyhana çatır, oradan tankerlərlə Aralıq dənizinə, daha sonra isə İsrail limanlarına daşınır”.

Nəşrdə deyilir ki, bu o deməkdir ki, İsrailin enerji təchizatı zənciri təkcə Fars körfəzindən deyil, həm də Qafqazdan və Türkiyədən asılıdır. “Bu baxımdan, Xəzər dənizindəki gərginlik məhdud və idarəolunan olarsa, Türkiyə, çox güman ki, siyasi etirazla kifayətlənəcək, çünki praktik müdaxilə baha başa gələcək və öz maraqlarını təhdid edəcək”, - deyə nəşr bildirir.

Belə çıxır ki, İran Azərbaycandan İsrailə neft tədarükünü dayandırmağı gözləyir. Bu absurd gözləntinin reallaşması isə mümkün deyil və Bakının Tehran qarşısında hər hansı öhdəliyi yoxdur. Sadəcə, İran rejimi İsraillə mübarizədə “neft təchizatı zəncirini” qırmağı öz aləmində hədəfləyir. Ona görə də məqalədə Türkiyənin də adı çəkilir. Ümumiyyətlə, xüsusən SEPAH-ın maliyyələşdirdiyi media resursları anti-Azərbaycan ritorikasını, böhtan xarakterli məlumatlar yaymağı dayandırmaq bilmir. Bu hibrid hücumlarla Azərbaycanı şərləyən SEPAH mediası düşmənçiliyindən əl çəkmir və Bakı ilə Tehran arasında rəsmi münasibətlərə, qonşuluq əlaqələrinə xələl gətirməyə davam edir./Musavat.com

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:150
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 05 Avqust 2026 17:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see372

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see336

Vladimir Putin İlham Əliyevi təbrik etdi

23 Noyabr 2026 02:04see286

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

23 Noyabr 2026 11:10see284

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see272

Yüksək təzyiqin gizli səbəbi İnsanlar bundan xəbərsizdir

23 Noyabr 2026 04:05see267

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see256

Spalletti “Yuventus”un qələbəsi ilə tarixə düşdü: 600 cü oyun və rekord

23 Noyabr 2026 03:29see253

18 il əvvəl Kurtlar vadisi nin çəkildiyi QURMARXANAYA BASQIN EDİLDİ FOTO

23 Noyabr 2026 02:04see251

30 yaşdan sonra qadınlar nələrə diqqət etməlidir? Vacib tövsiyələr

23 Noyabr 2026 06:06see245

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see241

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see230

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see223

Pasterin yeni albomu zirvəyə yüksəldi “012”

23 Noyabr 2026 13:50see208

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see190

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see189

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see183

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see183

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see181

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri