Icma.az
close
up
RU
Tehran Bakıdan bunu xahiş edir: İranın 3 radikal qərarı...

Tehran Bakıdan bunu xahiş edir: İranın 3 radikal qərarı...

Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İsrail qarşısında ciddi itkilər verən İran rejiminin seçimləri müharibənin inkişına yön verə biləcək faktorlar arasındadır. Rəsmi Tehran İsrailə raket zərbələri endirsə də, hazırda iki istiqamətdə səy göstərir:

1. ABŞ-ın İsrail cəbhəsində müharibəyə qoşulması ssenarisinə imkan verməmək;

2. Vaşinqtonu Təl-Əvivi dayandırmağa inandırmaq və nüvə danışıqlarını bərpa etmək.

İran Azərbaycan da daxil olmaqla, müxtəlif ölkələrdən vasitəçilik etməsini xahiş edir, lakin bütün səylər nəticəsizdir. Çünki minimum hədəf hücum əməliyyatı ilə Tehranı danışıqlar masasındakı tələbləri qəbul etməyə məcbur etmək olan müharibədə İsrailin əldə etdiyi nəticələr İranın tamamilə təslim olması – teokratik sistemin dəyişməsi perspektivlərini yaradıb və Tramp Administrasiyası diplomatiyanı əlavə variantlar sırasında saxlamaqla, şərtlərin yetişməsini gözləyir.

Və bu mənzərə fonunda sual yaranır: bütün yolları tükənərsə, İran rejiminin son seçim kimi atacağı radikal addımlar nələr ola və nə qədər effekt verə bilər?

a) Hörmüz boğazını bağlamaq: İran artıq bunu gündəmə gətirib, lakin məsələ hələ ki, təhdid xarakteri daşıyır;

Rejim dünya iqtisadiyyatına ciddi zərər vuracaq və neft qiymətinin yüksək artımına səbəb olacaq bu addımı son kartlardan biri kimi saxlayır. Hərçənd, Tehranda anlayırlar: Hörmüz boğazının bağlanması İrana qarşı beynəlxalq koalisiyanın müdaxiləsini legitimləşdirəcək amildir. Həmçinin belə radikal addım İranın dost hesab etdiyi ölkələri – misal üçün, neft qiymətinin yüksəlməsini istəməyən Çin bu məsələdə maraqlı deyil - ondan uzaqlaşdıra bilər. Boğazın bağlanması təhdidi İranın əlində azsaylı “strateji çəkindirmə” aləti olaraq qalır.

b) Müharibəni regional müstəviyə yaymaq: İran rejimi başda daha zəif hesab etdiyi Körfəz ölkələri olmaqla, ABŞ bazalarının yerləşdiyi regionları hədəfə ala, belə demək mümkünsə, “tarana” gedə bilər.

Bu, İran üçün şansının az olduğu “qumar oyunu” olacaq, çünki müharibə arealının regiona yayılması hədəf seçilən ölkələrin də İsrail cəbhəsində aktiv iştirakını şərtləndirə və Tehranın məhvini legitimləşdirə bilər;

c) Dini silahın işə salınması: Xamenei sələfi Xomeyninin son seçimini təkrarlaya bilər.

Bu, İsrail və ona dəstək verən ölkələrə qarşı “cihad” elanıdır. İraqa qarşı müharibədə Xomeyni bu taktikadan istifadə etməklə yüz minlərlə müsəlmanı bir-birinə qırdırsa da, rejimin regional dayaqlarını möhkəmləndirə bildi. Xameneinin də son seçimlərindən biri kimi eyni taktikadan istifadə edə biləcəyi istisna edilməməlidir. Bu taktika İrana qələbəni gətirməyəcək, amma müqavimət zəmini formalaşdıra bilər. İranın proksi qüvvələrinin ciddi “qan itirməsi” belə bir müqavimətin effektini şübhə altına alsa da, tamamilə sıradan çıxmadığı da bəllidir: Hizbullah və HƏMAS zəifləsə belə, hələ də qalır, husilər və İraqdakı şiə qrupları mövcudluğunu qoruyur; mümkün “dini müharibə” fitvası ilə qüvvələr İsrailə və ABŞ-ın bölgədəki mövqelərinə “baş ağrısı” ola, regionu toqquşmalar platformasına çevirə bilər.

İran rejimi son seçimləri saxlayır, çünki onlar üçün “son” olmadığını, diplomatiya ilə çıxış yolunu tapa biləcəklərini düşünürlər. Anlayırlar ki, bu seçimlərdən istənilən biri təkcə rejimin yox, İranın gələcəyini sual altına salacaq. Lakin proses xilasın mümkün olmadığı mərhələsinə çatarsa, bu seçimləri silah olaraq istifadə edə biləcəkləri istisna deyil.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://axar.az
archiveBu xəbər 17 İyun 2025 13:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see356

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see325

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see316

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see316

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see301

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see287

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see283

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see266

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see257

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see248

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see247

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see238

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see228

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see221

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see211

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see198

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see192

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see191

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see183

Azərbaycan Esvatiniyə təxminən 100 milyon dollar investisiya yatırmağı planlaşdırır

09 Noyabr 2026 21:18see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri