Icma.az
close
up
RU
İranın “verbovka” etdiyi “Hüseyniyyun” Kiberhücumun pərdəarxası və yaxud Tehran Bakıdan NƏ İSTƏYİR?

İranın “verbovka” etdiyi “Hüseyniyyun” Kiberhücumun pərdəarxası və yaxud Tehran Bakıdan NƏ İSTƏYİR?

Icma.az, Yenicag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“İranla Azərbaycan arasındakı münasibətlər son 30 ildən artıq müddətdə vaxtaşırı gərginləşib. Son beş ilin mənzərəsinə baxsaq, görərik ki, İran tərəfi dəfələrlə müxtəlif təzyiq üsullarına, o cümlədən hərbi təlimlər keçirməklə təsir göstərməyə cəhd edib, lakin bu addımlar nəticə verməyib. Bununla belə, son dövrü münasibətlərin yumşalma mərhələsi kimi qiymətləndirmək olar”.

Bunu Yenicag.az-la söhbətində politoloq Oktay Qasımov deyib.

Analitik bunaqədərki İran-Azərbaycan münasibətlərini, habelə İnqilab Keşikçiləri Korpusu (SEPAH) tərəfindən təşkilatlanmış və maliyyələşdirilmiş “Hüseyniyyun” terror təşkilatının Azərbaycandakı bir sıra media orqanlarına haker hücumları təşkil etməsindən sonra rəsmi Bakı ilə Tehran arasındakı münasibətlərin növbəti perspektivlərini şərh edib.

Onun sözlərinə görə, bu yumşalmanın göstəricilərindən biri Prezidentin köməkçisi Hikmət Hacıyevin İrana səfəri, eləcə də Azərbaycanın Baş nazirinin İranda keçirilən toplantıda iştirakı olub:

“Təbii ki, İran daxilində də müəyyən qüvvələr Azərbaycanla münasibətlərin normallaşmasını istəyir. Lakin daha vacib olan məqam odur ki, xüsusilə də hakimiyyətin ali dairələrində, dini liderin ətrafındakı qüvvələr bu münasibətlərin istiləşməsində maraqlı deyillər və əksinə, gərginliyin davam etməsini istəyirlər. Məhz bu qüvvələr – “Hüseyniyyun” və müxtəlif agentura şəbəkələri vasitəsilə Azərbaycana qarşı təzyiqlər göstərməyə çalışırlar. Baş verən son hadisə də bu cəhdlərin tərkib hissəsi kimi qiymətləndirmək olar”.

Siyasi təhlilçi əlavə edib ki, münasibətlərin həqiqi normallaşması üçün İran fundamental addımlar atmalıdır:

“Bunlardan biri İranın xarici siyasət konsepsiyasında Azərbaycanın təhlükəsizliyə təhdid kimi təqdim edilməsinə son qoyulmasıdır. İran zaman-zaman rəsmi səviyyədə dostluq və qardaşlıq mesajları versə də, münasibətlər gah gərginləşir, gah da qismən yumşalır. Rəsmi Bakı isə diplomatik kanallar vasitəsilə son hadisələrlə bağlı öz mövqeyini Tehran tərəfinə çatdırmağa davam edəcək. Bununla belə, İranın indiyə qədərki siyasətini nəzərə alsaq, oxşar əməliyyatların gələcəkdə də baş verəcəyi ehtimalı böyükdür”.

Rafi Müslümov

www.yenicag.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 20 Fevral 2025 13:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see267

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see220

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see218

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see202

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see135

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see131

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see131

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see129

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see129

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see128

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri