Icma.az
close
up
RU
Bakıdan Tehrana cavab: “İranın imkanları iddialarından çox aşağıdır”

Bakıdan Tehrana cavab: “İranın imkanları iddialarından çox aşağıdır”

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İranın ali dini liderinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti yenə də diqqət mərkəzinə düşüb.

O, sosial şəbəkə hesabında Qafqazla bağlı qəribə paylaşım edib:

“Qafqaz tarixən İran üçün strateji təhlükəsizlik buferi kimi fəaliyyət göstərib. Qafqaz bu rolu Əhəmənilərin fars padşahı Böyük Kirin dövründən oynayıb”.  

Görünür, İran yenə də imperialist maraqlarından əl çəkmir. Çünki Qafqazın tarix boyu adıçəkilən dövlətlə hansısa əlaqəsi olmayıb. Ümumiyyətlə, müasir İran tarixinin Əhəmənilərlə yaxından-uzaqdan əlaqəsi də mövcud deyil.  Politoloq Natiq Miri “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, belə bəyanatlar İranın mühafizəkar qanadının “pis polis” rolunda çıxış etməsinə hesablanıb:

“İslahatçılar isə daha çox “yaxşı polis” rolunda çıxış edirlər. Bu da İran rəhbərliyinin düşüncəsinə görə, xarici siyasətdə müəyyən mənada danışıqlarda güzəşt xarakterli arqumentlər ortaya çıxara bilər. Əslində, rəsmi Tehranın Qafqazdakı geosiyasi maraqları və gələcəkdə Zəngəzur dəhlizinə əngəl olacaqları ilə bağlı verdiyi bəyanatların hamısı ABŞ-dən hansısa iqtisadi-siyasi dvidentlər qoparmaq xarakteri daşıyır. Vilayəti özü də dediklərinə əmin deyil. Bu, daha çox İran rejiminin boynunu aşan açıqlamalardır. Çünki reallığı hər kəs bilir”.

Ekspert qeyd edib ki, İranın regionda gedən proseslərə əngəl olmaq imkanının nə qədər məhdud olduğunu ilk növbədə Tehran hakimiyyəti yaxşı başa düşür:

“12 günlük İsraillə müharibədə nə qədər aciz durumda olduqları bütün dünyaya bəyan oldu. İran güc strukturları xeyli təhqir olunmuş vəziyyətə düşdü. Bu gün yeni müharibələrə hazır olduqları və Zəngəzur dəhlizinə əngəl olacaqları kimi açıqlamalara kim inanar?

Nə qədər sərt açıqlamalar verilsə də, kimsə ciddi qəbul etmir. İran çox aciz vəziyyətdədir. Artıq uranı da yüksək faizlə zənginləşdirmək imkanını minimum enib”.

Natiq Miri diqqətə çatdırıb ki, İranın imkanları iddialarından çox aşağıdır:

“Nə Əhəmənilər, nə xarici siyasət, nə Qafqaz? Bunlar sadəcə boyundan yuxarı verilmiş açıqlamalardır. Cırtdan Ermənistan belə İranı Zəngəzur dəhlizi məsələsində o qədər də ciddiyə almadı.

Məgər bu, bütün dünyaya verilən mesaj deyil? İran sadəcə olaraq özünü böyük göstərmək istəyir ki, ən azından prosesdə maraqları nəzərə alınsın. Düşünürəm ki, bu marağı kimsə nəzərə almayacaq. Çünki İranın imkanları iddialarından çox aşağıdır. Belə olan halda, verilən bəyanatların zərrə qədər əhəmiyyəti olmur”.

Elmir Mustafa
“Cebheinfo.az”

Açar sözlər: Bakı Tehran Natiq Miri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:194
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 25 Avqust 2025 12:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri