İranın BMT dəki nümayəndəsi: ABŞ dəniz blokadasında piratlar kimi davranır
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakı, 28 aprel, AZƏRTAC
ABŞ İrana qarşı dəniz blokadası tətbiq etməklə, o cümlədən ticarət gəmilərini ələ keçirməklə və heyət üzvlərini saxlamaqla faktiki olaraq piratlar kimi davranır.
AZƏRTAC xəbər verir ki, bunu İslam Respublikasının BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani bildirib.
O, jurnalistlərə açıqlamasında deyib: “ABŞ sözdə dəniz blokadası qurub və beynəlxalq sularda İranın ticarət gəmilərini ələ keçirmək, onların heyət üzvlərini saxlamaq da daxil olmaqla qanunsuz hərəkətlərlə məşğul olur. Bu hərəkətlər piratçılıq və girov götürmə kimi qiymətləndirilə bilər”.
Daimi nümayəndə, həmçinin qeyd edib ki, Tehranın Hörmüz boğazındakı fəaliyyəti “İranın dəniz hüququ və milli qanunvericiliyi çərçivəsində hüquq və öhdəliklərinə əsaslanır”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 28 Aprel 2026 05:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















