Icma.az
close
up
RU
İranın dostu onun düşməni ilə saziş imzalayır, Tehran isə susur: Adekvat qiymət olacaq

İranın dostu onun düşməni ilə saziş imzalayır, Tehran isə susur: Adekvat qiymət olacaq

Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Xəbər verdiyimiz kimi, yanvarın 14-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla ABŞ-nin keçmiş dövlət katibi Antoni Blinken strateji tərəfdaşlıq haqqında saziş imzalayıb.

ABŞ və İran arasında olan düşmənçilik, eyni zamanda İranla Ermənistanın yaxın münasibətləri hər kəsə bəllidir. Lakin rəsmi Tehranın bu sazişlə bağlı heç bir reaksiya verməməyi maraq doğurur.

Bu susqunluğun səbəbi nədir? Sazişdən sonra Ermənistan-İran münasibətləri necə olacaq?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən Milli Məclisin deputatı Elman Nəsirov bildirib ki, ABŞ-nin artıq keçmiş dövlət katibi Antoni Blinken ilə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında strateji tərəfdaşlıq haqqında imzalanan sazişə qədər Ermənistan-ABŞ münasibətləri strateji dialoq səviyyəsində idi. İndi isə daha yüksək səviyyəyə qaldırılıb ki, bu sazişdə eyni zamanda hərbi əməkdaşlıq məsələləri də nəzərdə tutulub.

Deputat bildirib ki, bu müqavilə çərçivəsində ABŞ-nin hərbi texniki heyətinin Ermənistan-İran sərhədinə gətirilməsi nəzərdə tutulur. Onun sözlərinə görə, bu, İran üçün qırmızı xəttin keçilməsidir və İrana bir çağırışdır.

Elman Nəsirov: Rəsmi Tehran öz kəskin mövqeyini ortaya qoyacaq

E.Nəsirov xatırladıb ki, ABŞ ilə İran arasında münasibətlər 1979-cu il İran inqilabından sonra düşmənçilik münasibətləridir və Birləşmiş Ştatların İrana qarşı sanksiyalar rejimi tətbiq edir. Həmçinin ABŞ Dövlət Departamenti İranı şər dövlətlər siyahısına salıb. Onu beynəlxalq terrorizmi himayə etməkdə və kütləvi qırğın silahı əldə etmək cəhdində günahlandırır:

“Belə olan halda İranın dostu olan Ermənistanın İranın düşməni olan ABŞ-ni öz sərhədinə gətirməsinə nə ad vermək olar?

Çox maraqlıdır ki, bununla bağlı rəsmi Tehrandan hələ elə də ciddi bəyanat və yaxud da rəsmi İrəvanı tənqid edə biləcək bir mövqe üzə çıxmayıb”.

Müsahibimiz nəzərə çatdırıb ki, Azərbaycanın İsrail ilə öz tərəfdaşlıq münasibətlərini inkişaf etdirməsini İran özü üçün təhdid hesab etsə də, bu əməkdaşlıq İrana və yaxud heç bir üçüncü dövlətə qarşı deyil:

“Lakin faktiki olaraq Ermənistan ABŞ-nin məhdud sayda da olsa hərbi kontingentini İranla sərhədə gətirirsə, buna İran necə dözə bilər? Necə buna sakit reaksiya verə bilər?“

Həmsöhbətimiz hesab edir ki, İran regional məsələlərin müzakirəsi zamanı 3+3 danışıqlarına sadiq qaldığını bildirir:

“Yəni, kənar dövlətlər region məsələlərinin tənzimlənməsində iştirak etməsinlər. Belə olan halda Ermənistan həm Fransanı, həm də ABŞ-ni İranla sərhədə gətirir.

Güman edirik ki, rəsmi Tehran vəziyyətə adekvat qiymət verəcək və öz kəskin mövqeyini ortaya qoyacaq”.

Mina Mikayılova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:75
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 21 Yanvar 2025 13:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see214

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see198

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see184

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see157

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see157

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see156

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see150

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see144

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see140

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see136

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see135

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see134

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see134

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see131

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see130

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see130

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see128

“Erməni kilsəsi milli siyasi manipulyasiya mərkəzi olub”

23 Dekabr 2025 10:11see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri